03:37 / 18-10-2019
TƏBRİK EDİRİK!
“İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusunda layihənin Açılış tədbiri oldu
Tarix: 24-09-2019 11:30 | Bölmə: Sosial

Sentyabr ayının 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin“İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri”mövzusunda layihənin Açılış tədbiri oldu. Tədbirdə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin üzvləri ilə yanaşı, müxtəlif ali məktəblərin tələbə və müəllimləri, KİV-lərin, qeyri-kökumət təşkilatlarının nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri i.f.d., dos. Rəsmiyyə Sabir qızı Abdullayeva açıb qonaqları salamladı və bu layihənin reallaşdırılmasına maliyyə dəstəyi verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirdi.O, icbari tibbi sığortanın əhəmiyyəti haqqında ətraflı məlumat verdi.

Tədbirdə çıxış edənlər (“Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Əliyev, “Sağlamlığa xidmət” İctimai Birliyinin sədr müavini Vəliyeva Pərvanə, “İqtisadiyyat və hüquq” İctimai Birliyinin sədri i.f.d., dos. Aqil Eyvazov, Azərbaycan Kooperasiya Universitetinin dosenti Vüsalə Nağıyeva, Azərbaycan milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.f.d., dos. Cəlil Quliyev, “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dos. Pərviz Həsənov, AMEA İqtisadiyyat İnstitutunun doktorantı Samir Mahmudov)2020-ci ildən bütün ölkədə tətbiq ediləcək icbai tibbi sığortanın əhəmiyyətindən, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan danışdılar və bu layihənin həyata keçirilməsinin əhali, xüsusilə də tələbələr arasında maarifləndirmə nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar. Çıxış edənlər onu da bildirdilər ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının, o cümlədən hökumətin vətəndaşlarının sağlamlığına göstərdiyi diqqətin bariz nümunəsidir. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığortanın əhəmiyyəti ilə bağlı videoçarx da nümayiş etdirildi.
Nərgiz Cabbarlı



Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər