Bütün xəbərlər
Sumqayıtda aksiya keçirildi-FOTOLAR
Tarix: 22-09-2019 13:03 | Bölmə: Sosial

YAP Sumqayıt şəhər təşkilatı Azərbaycanda “Plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində və 21 sentyabr “Dünya Təmizlik günü münasibətilə “Parkımızı təmiz saxlayaq” devizi altında ekoloji aksiya keçirib.
Sumqayitxeber.com xeber verir ki, aksiyada YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıt şəhər Təhsil şöbəsinin əməkdaşı Cəmilə Fəyyaz və Gənc Müəllimlər Şurasının bir qrup üzvü, Nəsimi adına Mədəniyyət və İstirahət parkının əməkdaşları, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova və könüllüləri, Sumqayıt Gənclər Klubunun üzvləri və YAP Gənclər Birliyinin bir qrup fəalları iştirak ediblər.
Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, plastik və digər gec çürüyən materialları təbiətə atmamaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir.
Sonda aksiya iştirakçıları ilə birgə çay süfrəsi arxasında fikir mübadiləsi aparılıb.
Sumqayitxeber.com
Sumqayıtda “Parkımızı təmiz saxlayaq” ekoloji aksiyası  -FOTO

Baxış sayı: 959

Bölməyə aid digər xəbərlər