Bütün xəbərlər
Sumqayıtın 70 illik yubileyinə həsr edilmiş intellektual oyun keçirildi
Tarix: 21-09-2019 02:55 | Bölmə: Sosial
Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 20 sentyabr 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirildi.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov iştirakçı komandaları salamlamış, ölkə və şəhər rəhbərliyinin gənc nəslə göstərilən qayğısından və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından, şəhərimizin son illər ərzində əsaslı yenidənqurma və abadlıq işlərinin aparılması nəticəsində xüsusi zövq oxşayan görkəm qazanmasından danışaraq qeyd etmişdir ki, şəhərimizin 70 illik yubileyi ilə əlaqədar hazırlanmış Tədbirlər Planı uğurla icra edilir. Bildirildi ki, yarışın məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin intellektual səviyyəsini və dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaqla yanaşı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.
Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən 14-29 yaş arası gənclərdən ibarət komandalar öz bilik və bacarıqlarını sınadı. Gərgin və maraqlı şəraitdə keçən bilik yarışının sonunda I yerə Sumqayıt Gənclər Klubunun “Zirvə” komandası, II yerə Gənclər Evinin “Gənclik” komandası, III yerə isə Sumqayıt Dövlət Texniki Kollecinin “Pandora” komandası layiq görülmüşdür. Qaliblərin mükafatlandırılmasında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov da iştirak etdi. Qaliblərə Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri təqdim edildi.
Sabaha-inamla.Az






Baxış sayı: 560


Bölməyə aid digər xəbərlər