03:37 / 18-10-2019
TƏBRİK EDİRİK!
SUMQAYITDA BOKS ÜZRƏ MƏŞQÇİ-MÜƏLLİMLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB
Tarix: 21-09-2019 02:03 | Bölmə: Sosial
    19 sentyabr 2019-cu il tarixində Sumqayıt Gənclər evində Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə boks idman üzrə şəhərin tanınmış idmançıları, məşqçi-məllimləri və ağsaqqalları ilə görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov ilk öncə yüksək nəaliyyətlər əldə etmiş idmançları və onların məşqçilərini təbrik etdi. E.Hümbətov çıxışına davam edərək Ümummilli lider Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, şəhər rəhbərliyinin digər sahələrdə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğısından, son dövrlərdə Azərbaycanın idman növləri üzrə yığma komandalarının tərkibində Sumqayıt idmançılarının əldə etdiyi nailiyyətlərdən, şəhərdə görülən yenidənqurma, abadlıq və tikinti işləri haqqında tədbir iştirakçılarına məlumat verdi. Çıxışına davam edərək şəhərdə boks idman növü ilə məşgul olan və yüksək nəticələr əldə etmiş idmançılar və onların məşqçiləri haqqında danışaraq, boks idman növünün daha da inkişaf etdirilməsi üçün görüləcək işlər haqqında geniş məlumat verdi. Daha sonra çıxış edən boks idman növü üzrə “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü” Məmməd Eyvazov, 2004-cü ildə Yunanıstanın Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya Oyunlarının bürünc medalçısı Fuad Aslanov, 2008-ci ildə Pekində keçirilən XXIX  Yay Olimpiya oyunlarının bürünc mükafatçısı Şahin İmranov onlara göstərilən diqqət və qayğıya görə şəhər rəhbərliyinə, Gənclər və İdman Baş İdarəsinə öz minnətdarlığını bildirdilər.
Sonda boks idman növü üzrə şəhərin yeni baş məşqçisi Elbrus Rzayev ictimayyətə təqdim olundu.
Sabaha-inamla.Az



Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər