03:37 / 18-10-2019
TƏBRİK EDİRİK!
Sumqayıtda Təfəkkür liseyində "Bilik günü" qeyd olunub
Tarix: 18-09-2019 17:34 | Bölmə: Sosial
Sumqayıt şəhərindəki Təfəkkür liseyində də "Bilik günü" qeyd olunub. Liseyin direktoru Qönçə Səftərova çıxışında bildirib ki, son illər Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondun həyata keçirdiyi layihələr Ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. 

                               
İcra hakimiyyətinin nümayəndəsi Mehriban Nəcəfova, Təhsil Şöbəsinin nümayəndəsi Cəmilə Fəyyaz çıxışlarında qeyd ediblər ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramı uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Sonra şagirdlərin ifasında maraqlı rəqslər və musiqi nömrələri tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.
Sabaha-inamla.Az
Şəkildə liseyin müəllimi Ruqiyyə Abdullayeva 1r sinifi ilə                      





Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər