Bütün xəbərlər
142 nömrəli məktəbdə "Bilik bayramı" keçirildi
Tarix: 16-09-2019 23:44 | Bölmə: Sosial

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə ilk dərs günü - "Bilik bayramı" tədbiri keçirildi. Tədbirdə məktəbin valideynləri, şəhid ailələri, ali məktəbə daxil olmuş məzunlar iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Məktəbin direktoru Gülnaz Abdullayeva çıxış edərək əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Respublikasında "Təhsil islahatı proqramı"nın bu gün cənab prezident İlham Əliyev tərəfindən çox müvəffəqiyyətlə həyata keçirildiyini vurğuladı. Azərbaycanın hər bir bölgəsində yeni məktəblərin inşası, həmin məktəblərə cənab prezidentin və Azərbaycanın birinci xanımı, Azərbaycanın 1-ci vitse prezidenti Mehriban xanım Əliyevanın şəxsən özünün tədbirlərdə iştirak etməsi, şagirdlərə və pedaqoji kollektivə uğurlar arzulaması buna əyani sübutdur. Daha sonra Gülnaz Abdullayeva Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. İlk dəfə birinci sinifə gələn şagirdlər Azərbaycana, Ulu öndər Heydər Əliyevə aid şeirlər söyləyib, mahnılar oxudular. Tədbir yüksək əhval-ruhiyyə ilə keçdi və ilk zəng çalındı. Bu zəng şagirdlərimizi 2019/2020-ci dərs ilində daha yaxşı oxumağa, keyfiyyətli təhsil almağa çağırdı.
Sabaha-inamla.Az







Baxış sayı: 637


Bölməyə aid digər xəbərlər