Bütün xəbərlər
Zelenskinin arvadı hərəkətə keçdi - Təkcə birinci xanım olmaq istəmir
Tarix: 14-09-2019 11:56 | Bölmə: Sosial

                    Zelenskinin arvadı hərəkətə keçdi


Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ona yaxın humanitar missiyanı reallaşdırmaq və hərəkətə keçmək qərarına gəlib.
Sabaha-inamla.Az “Qafqazinfo”ya  istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. “Hərəkət etmək vaxtıdır”, - deyə birinci xanım söyləyib:
“Artıq bir neçə aydır, Ukraynanın birinci xanımıyam. Ancaq təkcə bu funksiyanı yerinə yetirmək istəmirəm. Ölkədə müəyyən işlərlə bağlı planlarım var. İlk növbədə, gələcək nəslin sağlamlığının qayğısına qalacağam: perinatal sahədə, məktəblərdə qidalanma və uşaqların tərbiyəsi sferalarında. Bu planların reallaşmasında, düşünürəm, mənə ekspertlər, profilli idarələr və təşkilatlar yardım edəcək”.
Bundan başqa, birinci xanım Olimpiya və Paralimpiya idman növlərinə dəstək göstərməkdə də maraqlıdır.
Yelena Zelenskaya, həmçinin, əlavə edib ki, Vladimir Zelenski onun üçün təkcə sevdiyi insan deyil, dostdur.


Baxış sayı: 537


Bölməyə aid digər xəbərlər