Bütün xəbərlər
Sumqayıtda “Ümumdünya İlk Yardım günü” münasibətilə tədbir keçirildi
Tarix: 12-09-2019 18:21 | Bölmə: Sosial

Sumqayıtşəhər Gənclər və İdman Baş İdarəsininvə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə12 sentyabr 2019-cu il tarixində Gənclər Evində“Ümumdünya İlk Yardım günü” münasibətilə “İlk Yardım” mövzusunda interaktiv seminarkeçirildi.
Tədbirdə çıxış edən Baş İdarənin əməkdaşı Pərvin Rəsulovseminarın “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, gənclərin ətrafda baş verə biləcək fövqəladə və bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi ilə bağlı biliklərinin artırılmasıməqsədilə keçirildiyini qeyd etdi. Bildirildi ki, hər bir insan həyatı boyu müxtəlif şəraitlərdə və ayrı-ayrı səbəblərdən yaralanma və ya xəstəliklərlə qarşılaşa bilər. Baş verən müxtəlif məişət, istehsalat, nəqliyyat qəzaları, təbii fəlakətlər zamanı çox sayda insan həyatını itirir, xəsarətlər alır və ya əlil olur. Belə vəziyyətlərdə hadisə yerində hər zaman bir tibb işçisi olmadığı üçün, hadisədən zərər çəkənəgöstərilən ilk yardım tədbirləri son dərəcə əhəmiyyətlidir.Hadisə yerindəbir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür.Ona görə hər kəs həkim gələnə qədər ilk yardım göstərmək qaydalarını öyrənməli və bilməlidir.
Sonra təlimçi tərəfindən ilk yardım göstərmək qaydaları izah şəkildə nümayiş etdirildi, gəncləri maraqlandıran suallar cavablandırıldı və sonda iştirakçılara maarifləndirici xarakterli bukletlər paylanıldı.
Sabaha-inamla.Az





Baxış sayı: 528


Bölməyə aid digər xəbərlər