01:00 / 23-09-2019
"Sümbül ağa"ya şok sual
“Nargis” Fondunun dəstəyi ilə Samsung şirkəti tərəfindən təşkil edilmiş Cinemobile Qazax, Gəncə və Zaqatalada uşaqları sevindirib
Tarix: 12-09-2019 14:47 | Bölmə: Sosial

                

“Nargis” Fondunun dəstəyi ilə Samsung şirkəti tərəfindən təşkil edilmiş Cinemobile Qazax, Gəncə və Zaqatalada uşaqları sevindirib.
Technological Embrace layihəsi çərçivəsində təşkil edilmiş səyyar kinoteatr regionlarda ilk qonaqlarını sevindirib. Belə ki, balaca izləyicilərə oyun, rəqslər və maraqlı cizgi filmindən ibarət əyləncəli proqram təqdim edilib.
Sözü gedən bu kinoteatr uşaqlara müsbət emosiyalar bəxş edib. Belə ki, gecə maraqlı oyunlarla başlayıb ki, burada uşaqlar məharət və bacaqrılqlarını sınayıb. Ardınca qonaqları şən rəqslər sevindirib. Gecənin sonunda isə balaca izləyicilərə “Zootopia” cizgi filmi təqdim edilib. Uşaqlar xüsusi diqqətlə ekranda baş verənləri izləyərək, səmimiyyətlə qəhrəmanların başına gələn hadisələrin nə ilə bitəcəyini gözləyirdilər. Sonda izləyicilərə Samsung tərəfindən hədiyyələr də təqdim edilmişdir. Qeyd edək ki, seyrdən və şənlikdən zövq alan uşaqlar, o ki var əylənib, yeni məktəb ilinə xoş təəssüratlar toplamışdırlar.
Beləliklə, Cinemobile, “Nargis” Fondunun dəstəyi ilə təşkil edilmiş səyyar kinoteatrdır. İki hissədən ibarət olan, bu kino turun ikinci mərhələsində Quba, Sabirabad və Ağdama səfər etmək planlaşdırılır. Səyyar kinoteatrı qeyd edilən regionlarda gözləyin:
Əziz uşaqlar və valideynlər, sizlərə əla əhval ruhiyyə və müsbət emosiyalar bəxş edəcək Samsung kinoteatrına hər birinizi dəvət edirik! Ətraflı məlumatı Samsung Azərbaycanın Facebook və İnstagram səhifələrindən əldə edə bilərsiniz.
RegionSeansın günüSeansın vaxtıKeçirilmə yeri
Quba13.09.201918:00Quba Meydanı parkı
Sabirabad14.09.201918:00Heydər Əliyev parkı
Ağdam15.09.201918:00Icra hakimiyyətinin yaxınlığında
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər