Bütün xəbərlər
Gürcüstanın baş naziri postuna namizəd: “Azərbaycanla effektiv münasibətlərin qurulması vacibdir”
Tarix: 08-09-2019 17:12 | Bölmə: Siyasət


“Gürcüstanın qonşu Türkiyə, Azərbaycan və Ermənistanla effektiv və pozitiv münasibətlər qurması çox vacibdir”.
Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Qaxaria parlamentin plenar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu ölkələrlə əlverişli siyasi və iqtisadi münasibətlərin qurulması üçün olduqca dəqiq və fəal iş aparılmalıdır.
Qeyd edək ki, hazırda Gürcüstan parlamentində G.Qaxarianın başçılıq edəcəyi hökumətə etimad məsələsi müzakirə olunur.


Baxış sayı: 471


Bölməyə aid digər xəbərlər