Bütün xəbərlər
Ərdoğandan AKP-nin parçalanacağı iddialarına- Münasibət
Tarix: 30-08-2019 20:11 | Bölmə: Siyasət


                     Ərdoğandan AKP-nin parçalanacağı iddialarına

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parçalanacağı haqqında iddialarla bağlı sualları cavablandırıb.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Ərdoğan partiyanın yaradıcılarından olan Əli Babacanın və Əhməd Davudoğlunun yeni partiya qurmaq üçün fəaliyyətə başlamaları, Bəşir Atalay və Sadullah Ərginin istefası məsələlərindən danışıb:
“Biz bunları keçmişdə yaşamışıq. Partiyamızdan fraksiya yaradacaq şəkildə ayrılıb heç bir nəticə əldə edə bilməyənlər, CHP-nin içində sığınacaq almış vəziyyətə düşənlər oldu. Bunlar bizim dərdimiz deyil. Biz AKP olaraq hazırda tarix yazmaq iqtidarındayıq, hər hansı narahatlığımız yoxdur. Biz yolumuza davam edirik, bundan sonra da edəcəyik.
Sözlə təhdid olmaz. Deyə biləcəkləri nə varsa, söyləsinlər. Bəlkə bir az fayda əldə edə bilərlər. AKP Türkiyədəki fəaliyyətini ən yaxşı şəkildə davam etdirir ölkəyə investisiya qoyulması və insan faktorunun inkişafı üçün çalışır”.


Baxış sayı: 517


Bölməyə aid digər xəbərlər