12:41 / 19-04-2024
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
09:32 / 19-04-2024
Rusiya Müdafiə Nazirliyi Stavropol vilayətində "Tu-22M3" təyyarəsinin qəzaya uğradığını təsdiqləyib
09:27 / 19-04-2024
“Liverpul” “Atalanta”ya qalib gəlsə də, Avropa Liqasından kənarda qalıb
09:23 / 19-04-2024
"Bayer Leverkuzen" və "Roma" Avropa Liqasının finalına çıxmaq uğrunda mübarizə aparacaq
08:15 / 19-04-2024
Robert Vud: "Fələstin BMT-nin tamhüquqlu üzvü ola bilməz"
08:09 / 19-04-2024
Kuleba Kobaxidzeni Gürcüstanın “ukraynalaşması” ilə bağlı sözlərə görə tənqid edib
08:04 / 19-04-2024
Qadın 13 yaşlı oğluna bıçaqla hücum edib
07:59 / 19-04-2024
ABŞ Argentinaya müdafiə üçün 40 milyon dollar verir
07:53 / 19-04-2024
Əlcəzair Fələstinin BMT-yə üzvlüyü perspektivinə əmindir
07:49 / 19-04-2024
Ana və azyaşlı oğul yanğın nəticəsində ölüb
07:45 / 19-04-2024
İsrail İranda bir obyektə raket zərbəsi endirib
07:40 / 19-04-2024
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
22:58 / 18-04-2024
Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə daimi üzv kimi daxil olmasını dəstəkləməyəcək
22:52 / 18-04-2024
Makron: "Ukrayna üçün İsraillə eyni hava hücumundan müdafiə sistemi qurmaq mümkün deyil"
22:41 / 18-04-2024
CNN: Çad ABŞ-ı hərbi razılaşmanı pozmaqla hədələyir
22:32 / 18-04-2024
Zaxarova: "Kosovonun Avropa Şurasına daxil olmaq hüququ yoxdur"
22:27 / 18-04-2024
Mirançuk "Liverpul"la oyunda "Atalanta"nın start heyətində yer alıb
22:18 / 18-04-2024
Krımda “Ağ kostyum” neonasist qruplaşmasının 12 üzvü saxlanılıb
16:46 / 18-04-2024
Baş prokuror Çin Xalq Respublikasında işgüzar səfərdədir
16:34 / 18-04-2024
ABŞ Konqresinin üzvü Ukraynaya yardıma səs verənləri Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa dəvət edib
16:04 / 18-04-2024
"Bild": Rusiya səfiri casusluqda şübhəli bilinənlərin həbsindən sonra Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
15:59 / 18-04-2024
“Rubin”in baş məşqçisi Rəhimov Premyer Liqada bir oyunluq cəzalanıb

15:54 / 18-04-2024
SEPAH: İran İsrailin bütün nüvə obyektlərinin yerini müəyyənləşdirib və zərbə vurmağa hazırdır
15:42 / 18-04-2024
40-dan çox it aclıqdan və soyuqdan ölüb
15:36 / 18-04-2024
Bavariyada iki nəfər Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb
15:29 / 18-04-2024
Peskov: "Oçeretnının Fransadakı villasının həbsi qanunsuzdur"
15:24 / 18-04-2024
Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının idman zalına pilotsuz təyyarə ilə yenidən hücum edib
15:19 / 18-04-2024
Peskov: "ABŞ Kiyevə kömək etməklə özü üçün fayda axtarır"
15:14 / 18-04-2024
Zaxarova: "Almaniya Rusiyanı konsentrasiya düşərgəsi məhbuslarının xatirəsini yad etməyə dəvət etməyib"
15:10 / 18-04-2024
Rusiya Xarici İşlər Nazirliyi: MAQATE rəhbəri Qrossi tezliklə Rusiyaya səfər edə bilər
15:00 / 18-04-2024
İspaniyada 17 yaşlı idmançı meningitdən dünyasını dəyişib
14:57 / 18-04-2024
Müstəntiqlər iradına görə moskvalını öldürən miqrantın şəxsiyyətini müəyyən ediblər
14:51 / 18-04-2024
"Monako"nun futbolçusu Qolovin zədə səbəbindən mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qoyub
14:47 / 18-04-2024
Peskov: "Kiyevə yeni yardım paketi cəbhədəki vəziyyəti dəyişməyəcək"
14:42 / 18-04-2024
Bayden əmisinin cəsədinin yoxa çıxmasını adamyeyənlərlə əlaqələndirib
14:37 / 18-04-2024
Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 8 nəfər yaralanıb
23:29 / 17-04-2024
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
23:09 / 17-04-2024
Amsterdam kütləvi turizmlə mübarizə məqsədilə yeni otellərin tikintisini qadağan edib
Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir -TƏBRİK EDİRİK!
Tarix: 26-08-2019 12:34 | Bölmə: Siyasət
Azərbaycan özünün dövlətçilik təcrübəsi, ulu məskənlərimizin memarlıq abidələri, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə qədim tarixə malik bir ölkə olduğundan hər zaman, xüsusən də son illər dünya miqyasında özünə böyük maraq oyada bilmişdir. Bu marağa bir səbəb də onun güclü və nüfüzlu bir dövlət kimi tanınması, böyük bir yaşam tariximizin multikultural ənənələrini, tolerantlığı dünyaya inteqrasiya edə bilməsi ilə əlaqədardır. Bunlar ölkəmizin ictimai-siyasi həyatının aparıcı xətti olduğundan dövlətçilik ənənələrimizin yeni məzmunda və anlamda inkişafının ən ümdə təzahürüdür. Son illərin mənzərəsi onu göstərir ki, belə bir imicin qazanılması heç də asanlıqla başa gəlməmiş,bunlar azərbaycançılıq məfkurəsinin yeni anlamda təşəkkülü və inkişafına bütün ömrünü həsr etmiş milli düşüncəyə malik vətənpərvər insanların sayəsində qazanılmışdır. Heç şübhəsiz, ötən müddət ərzində Azərbaycanın müxtəlif sahələrdə möhtəşəm və tarixi nailiyyətlər əldə etməsini təmin edən fundamental amillər mövcuddur. Bu amillərin başında, əlbəttə ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gəlir. Ümumiyyətlə, dövlətimizin milli maraqlarına, müasir dünyanın reallıqlarına, çağırışlarına uyğun mövqe və siyasət Azərbaycanın müstəqil dövlət kimi davamlı – dayanıqlı inkişafını təmin edən əsas amildir. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dövlətimizin milli maraqlarına və xalqın mənafeyinə xidmət edən çoxşaxəli fəaliyyəti xüsusilə qeyd edilməlidir. Mehriban Əliyevanın xidmətlərini göz önündə canlandıranda görürük ki, o bu gün təkcə Azərbaycan üçün deyil, Türk Dünyası, Müsəlman Dünyası və ümumiyyətlə Dünyamız və İnsanlıq üçün şəriksiz qadın liderdir! O, ağlı, həyat tərzi və fəaliyyəti ilə nəinki ölkəmizdə, eləcə də Avropada, Qərbdə və təbii ki, Şərqdə böyük nüfuz qazanıb.
Ulu öndərin yaratdığı və özünün də müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən Mehriban xanım partiyanın üzvü olaraq, vətənin çiçəklənməsi, xalq təfəkkürünün, milli düşüncənin yenilənməsi, müasir cəmiyyətin qurulması prosesinin fəal iştirakçısına çevrildi. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda milləti qədim, köklü xalq kimi tanıdan və dünya cəmiyyətində qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləridir. Məhz buna görə də o, özünün hərtərəfli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu. Bütün ictimai şüuru iləazərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə fəaliyyət göstərməsi qısa bir zamanda Ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı.1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi üzərinə böyük məsuliyyət götürərək, problemlərin dərinlyini dərk edərək, diqqətdən kənar sahələri inkişaf etdirərək onlara kütləvilik elementləri ilə zəngin olan ictimai məzmun verdi.
Həm ölkədə, həm də dünya miqyasında mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli fəaliyyət göstərən Mehriban xanım Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər daim yüksək qiymətləndirilir. O, təbiətin, cəmiyyətin və öz mənəvi tələbatlarının əvvəlcədən müəyyənləşdirdiyi bütün sahələrdə özünü reallaşdıra bilən həmahəng, məqsədyönlü və güclü qadınlar üçün etalondur. Onun bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də, müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. O, insanları sevməklə özünü xalqa sevdirib. Sadəliyi və xeyirxahlığı ilə sevgi qazanıb və bu sevgi dünyanın da diqqətini cəlb edib. Dünya ictimaiyyəti Mehriban xanımın insan sevgisi ilə dolu ürəyinə heyran qalıb, onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələri alqışlayır. Bu gün dünya xalqları və ölkələri Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının kimliyinə, onun xarici gözəlliyinə və daxili zənginliyinə bələd olurlar.
Mehriban xanım Azərbaycan mədəniyyətinin fədakar elçisidir, xalqımızı, mədəniyyətimizi dünyada layiqli şəkildə tanıdır.O bu gün Qarabağ həqiqətlərinin yorulmaz təbliğatçısıdır və yüzlərlə gənc xanım, ziyalı da ondan örnək alır.Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək – bütün bunlar Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olmuşdur.
Mehriban Əliyeva 2013-cü ildən Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi də (2005-2017-ci illər) Mehriban xanım sözün əsl mənasında xalqın elçisi olub.Mehriban xanım həm Milli Məclisin deputatı, həm də Heydər Əliyev Fondunun prezidenti kimi milli maraqlara əsaslanan uğurlu fəaliyyət göstərib. O, Milli Məclisin deputatı olarkən mühüm qanunvericilik təşəbbüsləri ilə çıxış edib və bu təşəbbüslərin hamısı xalqın mənafeyinə xidmət edib. Mehriban Əliyevanın həyata keçirdiyi möhtəşəm işləri, reallaşdırdığı qlobal layihələri ortaq bir xətt birləşdirir - humanizm, insanpərvərlik, mərhəmət. Bu ali mənəvi keyfiyyətlər Mehriban xanımın siyasi portretinin ən ümdə və ülvi cizgiləridir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin sürətli və davamlı inkişafına yeni töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil Onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusudur. O, öz fəaliyyəti ilə Azərbaycan xalqının sevgisi və rəğbətini qazana bilib. Bütün bu amillər Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsini şərtləndirib. Reallıq budur ki, Mehriban xanım Əliyeva öz fəaliyyətində xalqımızın mənafeyini, dövlətimizin maraqlarını əsas götürür. Azərbaycanın Birinci vitse-prezidenti öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir, respublikamızı beynəlxalq miqyasda uğurla təmsil edir.
Hikmət Şikarov
Yeni Azərbaycan Partiyası( YAP ) Pirallahı
rayon təşkilatının sədri
Baxış sayı: 799
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:53
Əlcəzair Fələstinin BMT-yə üzvlüyü perspektivinə əmindir
Dünən, 15:14
Zaxarova: "Almaniya Rusiyanı konsentrasiya düşərgəsi məhbuslarının xatirəsini yad etməyə dəvət etməyib"
17-04-2024, 21:32
Yeni yardım layihəsi ABŞ prezidentini Kiyevlə təzminatla bağlı danışıqlar aparmağa məcbur edir
17-04-2024, 13:03
Azərbaycan XİN: Paris Bakını qorxuda bilməyəcək
17-04-2024, 11:13
Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
16-04-2024, 23:18
Kadırov Alaudinovun yeni təyinatını açıqlayıb
16-04-2024, 22:23
Tokayev rus dili ətrafında isteriya oyatmağı axmaqlıq hesab edir
16-04-2024, 16:26
Knaysl Zelenskini ölkə konstitusiyasını dəyişdirməyə çağırıb
15-04-2024, 22:38
Filippo Ukraynaya maliyyə və hərbi yardımı dayandırmağa çağırıb
15-04-2024, 10:08
Nebenzya: "Quterreş İsrailin İran konsulluğuna endirdiyi zərbə ilə bağlı görüşdə iştirak etməyib"
14-04-2024, 20:17
Rəşid Nurqaliev: "Qərb Rusiyaya qarşı kəşfiyyat üçün kiberhücumlardan istifadə edir"
13-04-2024, 20:40
Zaxarova Rusiyada diplomatik statusun toxunulmazlığına işarə edib
13-04-2024, 08:32
Polyanski: "Yaponiya baş nazirinin ABŞ Konqresindəki çıxışı “rüsvayçılıq və biabırçılıqdır”
12-04-2024, 22:06
Hizbullah İsrail artilleriyasına onlarla raket atıb
11-04-2024, 21:08
Lukaşenko bildirib ki, Belarusun Ukrayna ilə sərhəddə sanitar zonaya ehtiyacı yoxdur
11-04-2024, 21:01
Zaxarova: "İsveçrəyə münaqişənin həlli platforması kimi etibar yoxdur"
10-04-2024, 22:57
Pentaqon hesab edir ki, Krım kontekstində Rusiyaya “dərs” verilməlidir
10-04-2024, 20:31
Pentaqon: Ukraynanın raketləri və mərmiləri tezliklə tükənəcək
10-04-2024, 20:22
Zelenski bildirib ki, Rusiyanın bütün dünyaya güclü təsiri var
10-04-2024, 20:08
Qaqauziyanın rəhbəri Hutsula qarşı Şor partiyasını maliyyələşdirmək işi üzrə ittiham irəli sürülüb
9-04-2024, 20:11
Antonov: "ABŞ-a Ukrayna münaqişəsinin bitməsi yox, Rusiyanın yoxa çıxması lazımdır"
8-04-2024, 22:03
Kuçma: "Ukraynanın artıq qardaşı yoxdur"
8-04-2024, 16:01
Rusiya Almaniya qoşunlarının Litvaya göndərilməsi ilə bağlı xüsusi tədbirlər görəcək
8-04-2024, 15:14
Ramin Məmmədov Dövlət Komitəsinin sədri təyin edildi
8-04-2024, 14:59
Zeynal Ağayev Bakı Hərbi Məhkəməsinin sədri təyin edildi
8-04-2024, 14:51
Bu məhkəmələrə sədr və hakimlər təyin edildi - Sərəncam
6-04-2024, 22:38
İranın Baş Qərargahı İsrailə maksimum ziyan vuracağını vəd edir
6-04-2024, 22:12
Zelenski etiraf edib ki, döyüş meydanında vəziyyət ağırdır
6-04-2024, 22:05
Slutski: "Paşinyan Ermənistanı Ukrayna yolu ilə aparır"
6-04-2024, 13:53
Pavel Kuznetsov: "Finlandiya ABŞ-ın istəklərinə əməl edir"
5-04-2024, 22:28
Yeni hakim təyinatları olub - Siyahı
5-04-2024, 22:09
Moldovada Rusiya İmperiyasının bayrağı ekstremist kimi tanınıb
5-04-2024, 16:28
Türkiyə CFE müqaviləsini dayandırır
5-04-2024, 15:04
Aİ və ABŞ Ermənistana milyonlar vəd edib
4-04-2024, 12:27
Zaxarova: "Nüvə enerjisi sammiti Rusiya və İranın olmaması səbəbindən uğursuz oldu"
4-04-2024, 11:42
Qazaxıstanın Baş prokurorunun müavini ölkəmizə işgüzar səfərə gəlib
3-04-2024, 13:29
Volqoqradda kişini sözə görə döyən yeniyetmələr saxlanılıb
2-04-2024, 16:28
Cinayət prosessual qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranıb - Baş prokuror