Bütün xəbərlər
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
Tarix: 23-08-2019 14:47 | Bölmə: Siyasət


                   

Dünya Azərbaycanlıları Platforması (DAP) tərəfindən 25 avqust-1 sentyabr tarixində Türkiyədə "Dünya azərbaycanlılarının türk həmrəyliyi" tədbiri keçiriləcək. Bu haqda DAP-ın sədri Samir İsgəndəroğlu KİV-ə məlumat verib. 
S.İsgəndəroğlu deyib ki, tədbirin məqsədi həmvətənlilərimiz arasında, özəlliklə də iş adamlarımız və elm xadimlərimiz arasında daha sıx əlaqələrin, iş birliklərinin yaranması və bu tədbiri ənənə halına salaraq hər il bir ölkədə təşkil etməkdir: “İnanıram ki, bu tədbir bir çox işlərin başlanğıcı olacaqdır. Yeni bir addım yeni bir nəfəs olacaqdır. Ən əsası isə birlik və bərabərliyin möhkəmlənməsi istiqamətində önəmli bir addım olacağına inanıram”.
Qeyd edək ki, proqram çərçivəsində İstanbulda konfrans, Fethiyedə Qarabağ küçəsinin açılışı, konfranslar və gəmi turu, Antalyada konfranslar, şəhər gəzintiləri olacaq. Əsasən Ankarada yüksək səviyyəli rəsmilər, diaspor nümayəndələri və iş adamlarının iştirakı ilə çox önəmli bir konfrans olacaq.
Xatırladaq ki, DAP 28 may 2019-cu ildə Türkiyənin fərqli şəhərlərində yaşayan bir qrup azərbaycanlılar tərəfindən qurulub. Platformanı qurmaqda məqsəd, ilk öncə Türkiyə, daha sonra isə dünyadakı azərbaycanlılar arasında milli-mənəvi birliyi gücləndirilmək, birlik olaraq həmyerlilərimizin problemlərini işıqlandırmaq və köməklik etmək, xaricdə təhsil alan azərbaycanlı tələbələrə yardım etmək, investisiya qoymaq istəyən iş adamlarına dəstək göstərmək, Azərbaycan həqiqətlərini və azərbaycanlıları dünyaya daha yaxşı və doğru bir şəkildə tanıtmaqdır. Artıq DAP-ın bir sıra ölkə və şəhərlər üzrə təmsilçiləri fəaliyyət göstərir.

Fuad Hüseynzadə


Baxış sayı: 931


Bölməyə aid digər xəbərlər