Bütün xəbərlər
Azərbaycanın müxalifət partiyaları bu xarici təşkilatlarla əməkdaşlıq edir...
Tarix: 16-08-2019 15:12 | Bölmə: Siyasət
                 

Azərbaycanda siyasi ideologiya və yanaşması müxtəlif olan müxalif siyasi partiyalar mövcuddur. Həmin partiyların bir-biri ilə əməkdaşlığı barədə keçən yazılarımızda sorğu etmişdik. Bəs maraqlıdır, müxalif partiyalar ölkə xaricində olan partiyalarla necə, müttəfiqlik edirlər? Əməkdaşlıq edirlərsə, həmin partiyalar hansılardır?
 
Azərbaycan Demokrat Partiyasının sədri  Sərdar Cəlaloğlu Modern.az-a bildirib ki, xaricdə olan partiyalarla intensiv və sıx olaraq əlaqələri yoxdur:
“Xaricdə fəaliyyət göstərən siyasi partiyalar ilə epizodik əlaqələr var, lakin  əməkdaşlıq etdiyimiz partiya yoxdur.  Gürcüstan Demokrat Partiyası və Türkiyədə bəzi partiylarla əlaqələr olsa da, bütünlükdə iki partiya arasında qarşılıqlı əməkdaşlıq protokolu imzaladığımız hər hansı siyasi qurum yoxdur.  Gürcüstan Demokrat Partiyası ilə əlaqələrin olmasına səbəb həmin partiyanın Qafqazdakı separatçı qüvvələrin qarşısını almaq və Qafqazın demokratikləşdirilməsi istəyidir. Bu istiqamətdə bəzi addımlar atılsa da, müsbət nəticə əldə edilməyib.  Keçən il biz Gürcüstana səfər edəndə onlar bizimlə əlaqə yaratmaq və əməkdaşlıq etmək istəklərini bildirdilər, amma sonradan təşəbbüs göstərmədilər. Siyasiləşmə baxımından biz Gürcüstan partiyalarından irəlidə olsaq da, nəticə əldə etmə baxımından onlar daha öndədir. Bizdə siyasi mühit azad deyil, siyasi səviyyə yüksəkdir, onlarda əksinə, siyasi mühit azad olsa da, siyasi səviyyə aşağıdır. Siyasi səviyyədə Azərbaycanın daha üstün olduğunu keçən il Gürcüstanda partiyalar özləri bildirmişdilər”.
 
Müsavat Partiyası İcra Aparatınınn rəhbəri Gülağa Aslanlı: “Müsavat Partiyası ölkə xaricində Avropa Liberal Demokratik İttifaqına daxil olan partiyalarla əlaqə saxlayır. Həmin partiyalarla müttəfiqlik edirik və sayları xeyli çoxdur.  Gürcüstanda “Respublikaçılar”, Rusiyada “Yabloko”  və bəzi partiyalar müttəfiqlik etdiyimiz siyasi təşkilıatlar içərisindədir”.
“Ümid” partiyasının sədri  İqbal Ağazadə  deyir ki, rəhbərlik etdiyi qurum  xaricdə olan hər hansı siyasi partiya ilə müttəfiqlik anlayışını qəbul etmir:
“Dünyadakı bəzi siyasi partiyalar ilə şəxsi münasibətlər mövcuddur. Türkiyədə bir neçə partiya ilə - xüsusilə CHP-dən Kamal Kılıçdaroğlu ilə şəxsi münasibətlər var.  Almaniyada  “Yaşıllar”, Amerikada “Respublikaçılar” , “Demokratlar”  partiyasına üzv olan xeyli sayda insanla ünsiyyətimiz var.  Partiyaların əməkdaşlığını vaxtı ilə Milli Demokratiya İnistutu  təmin edirdi.  Hesab edirəm ki,  həmin dövrdəki partiyalararası əlaqələr indikindən fərqlidir. İndi dövlətlərdə  problemə münasibət və hakimiyyətə gəlmə mexanizmi tamamilə fərqli şəkildədir”.
 
Milli İstiqlal Partiyası (AMİP)  Siyasi Şurasının üzvü Əli Orucov deyir ki, AMİP   Azərbaycanda beynəlxalq əlaqələri olan ən güclü partiyadır:
“Dünyanın 70-ə yaxın ölkəsi, 80-dən çox partiyasını birləşdirən  Beynəlxalq Demokrat İttifaqının üzvüyük.  İsveçin indi hakimiyyətdə olan  “Moderator”  partiyası ilə çox sıx əlaqələr saxlayırıq.  Həmin partiya ilə birgə olaraq beynəlxalq tədbirlər də demək olar ki, hər il keçirilir”. 


Baxış sayı: 570


Bölməyə aid digər xəbərlər