Bütün xəbərlər
Rəcəb Tayib Ərdoğan: Tariximizin qələbə silsiləsinə yenisini artıracağıq
Tarix: 10-08-2019 18:06 | Bölmə: Siyasət

                             

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bu gün Qurban bayramı münasibətilə xalqı təbrik edib.
“Report” “CNNtürk”ə istinadən xəbər verir ki, bayram müraciətində dövlət başçısı avqust ayının Türkiyə tarixində “qələbələr ayı” olaraq xüsusi yerə malik olduğunu vurğulayıb: “Təqribən iki həftə sonra xatırlayacağımız Malazgirt qələbəsindən tutmuş Mərcidabıq yürüşünə, İstiqlal hərbimizin zirvəsi olan 30 avqust qələbəsindən tutmuş Kıbrıs əməliyyatınadək bir çox dönüş nöqtəsini bu ayda yaşamışıq” – deyən prezident Ərdoğan son vaxtlar Suriya sərhədi boyunca yaradılmasına cəhd göstərilən “terror dəhlizi”nə ilk əhəmiyyətli zərbə olan “Fərat qalxanı” əməliyyatının da məhz avqust ayında başlandığını xatırladıb.
“İnşallah bu avqust da tariximizin zəfərlər silsiləsinə daha birini artıracağıq” – deyən Türkiyə lideri bu günlərdə Suriyanın şimalında, Fərat çayının şərqində terrora qarşı başlamaq niyyətini ifadə etdiyi, Fəratdan İraq sərhədinədək sülh zolağı yaratmaq üçün nəzərdə tutduqları yeni geniş əməliyyata işarə vurub.


Baxış sayı: 524


Bölməyə aid digər xəbərlər