Bütün xəbərlər
AKP-dəki “Ankara quşu” yaxalandı – Ərdoğanın partiyasında çaxnaşma
Tarix: 30-07-2019 12:34 | Bölmə: Siyasət

                    

Türkiyənin Ankara şəhərinin keçmiş bələdiyyə sədri Melih Gökçek sosial şəbəkədə müzakirəyə səbəb olan açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, Gökçek son günlərdə Tvitterdə “Ankara Kuşu” adlı bir profilin tez-tez AKP-ni hədəf alan paylaşımlar etdiyini bildirib.
Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan bir nəfərin işlətdiyi iddia olunan profildə “AKP-nin seçici elektoratının sayı 27 faizə enib, yeni partiya qurulsa, bu rəqəm 10 faizə düşəcək”, mesajı paylaşılıb.
Bundan sonra açıqlama yayan Melih Gökçek deyib:
“Mən bu şarlatanın kripto olduğunu və patroniçasının AKP içində olduğunu dedim, amma mənə inanmadılar. İndi əsl üzünü göstərdi. Kripto FETÖ-çü aramızdan rədd olub getdi, ondan canımız qurtardı”.
“Ankara Kuşu” adlı hesab bundan əvvəl gündəmə gəlmiş, Türkiyə parlamentində müzakirə olunmuşdu. Profili AKP başqanının köməkçisi Hayati Yazıcının həyat yoldaşı Selma Yazıcının istifadə etdiyi iddia edilmişdi.


Baxış sayı: 602


Bölməyə aid digər xəbərlər