Bütün xəbərlər
Keçmiş kansler Trampa QƏZƏBLƏNDİ: “Biz banan respublikası deyilik”
Tarix: 06-07-2019 19:27 | Bölmə: Siyasət
                  

“ABŞ prezidenti Donald Tramp Avropada müttəfiq yox, vassal axtarır”.
 Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın keçmiş kansleri Herhard Şröder deyib.
 “Azadlıq və bazar iqtisadiyyatı bayrağı altında o, qlobal iqtisadi sistemin əsaslarını laxladır. Ən təhlükəlisi isə Trampın öz dostları və müttəfiqlərinə onların nə etməli olduğunu deməsidir. Bu onun partnyor deyil, vassal axtardığını göstərir”.
Herhard Şröder Almaniyanın avtomobil sənayesini pisləyən və ordunun büdcəsinin az olmasından gileylənən ABŞ səfiri Riçard Qrenelə yerinin göstərilməsini istəyib.
“Arzu edirəm ki, federal hökumət ona işlərin nə yerdə olduğunu başa salsın. Biz banan respublikası deyilik”.
Şröderin fikrincə, güclü ABŞ və güclənən Çin arasında qalan Avropa yalnız vahid mərkəz ətrafında birləşməklə mövcud ola bilər.
Herhard Şröder 1998-2005-ci illərdə Almaniyanın kansleri olub. Hazırda o, Rusiyanın “Rosneft” şirkətinin direktorlar şurasına başçılıq edir.


Baxış sayı: 510


Bölməyə aid digər xəbərlər