Bütün xəbərlər
UNESKO-nun baş direktorunun müavini: Təhlükəsizlik təmin edilərsə, Dağlıq Qarabağa ekspert qismində getmək olar
Tarix: 01-07-2019 14:24 | Bölmə: Siyasət

Biz Dağlıq Qarabağ münaqişəsi üzrə tərəflərdən xahiş edirik ki, təhlükəsizliyi təmin etsinlər. Belə olan halda, UNESKO-nun nümayəndələri Dağlıq Qarabağa ekspert qismində gedə bilərlər.
Trend-in məlumatına görə, bunu Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında UNESKO-nun baş direktorunun müavini Ernesto Toni deyib.
O qeyd edib ki, ekspert missiyasının keçirilməsi üçün şərtlər var: "Birincisi, təhlükəsizlik təminatı olmalıdır. Bu razılaşma olmazsa, UNESKO müdaxilə edə bilməz".


Baxış sayı: 493


Bölməyə aid digər xəbərlər