Bütün xəbərlər
YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı
Tarix: 26-06-2019 02:40 | Bölmə: Siyasət
YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı
İpoteka və Kredit Zəmanət Fondunun (Fond) inzibati binasında Yeni Azərbaycan Partiyasının (YAP) ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib.
Modern.az-ın məlumatına görə, tədbirdə Fondun İdarə Heyətinin sədri Fəxri Kazımov, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Fondun əməkdaşları və YAP nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Fondun İdarə Heyətinin sədri Fəxri Kazımov müstəqil Azərbaycanın qurulmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açaraq ulu öndər tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının dövlətçilik tariximizdəki rolunu, o cümlədən Prezident İlham Əliyev tərəfindən dövlətçilik strategiyasının uğurla davam etdirildiyini vurğulayıb.
YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqiliyinin əldə edilməsi və dövlətçilik ənənələrinin qorunmasındakı xidmətlərindən danışaraq ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığı qeyd edib.
Tədbirdə təşkilatı məsələlərə baxılıb və sonda YAP-ın aiddiyatı ərazi ilk partiya təşkilatı yaradılaraq yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.


Baxış sayı: 548


Bölməyə aid digər xəbərlər