Bütün xəbərlər
Prezident İlham Əliyevə!- Layiqli insanlara qiymət verilməsi dövlətimizin təhlükəsizliyinə töhfələr verəcək
Tarix: 22-06-2019 18:57 | Bölmə: Siyasət

Hörmətli cənab Prezident! Sizin güc strukturlarının rəhbərlikləinə son təyinatlarınız Azərbaycan ziyalılarında ümidlər yaradıb.
Sizin ən uğurlu və böyük təyinatınız daxili işlər naziri, general-polkovnik Ramil UsubovuTəhlükəsizlik Şurasının katibi təyin etməyiniz oldu.
Ramil Usubov Azərbaycan dövlətinə sədaqətli bir insandı.
Ramil Usubovun dövlətimizin təhlükəsizliyinin təmin edilməsində böyük xidmətləri var!
Ramil Usubov respublikamızda əmin-amanlığın yaradılması prosesində həm Prezident Heydər Əliyevə, həm də Sizə sədaqətlə xidmət etməklə ad çıxarıb!
Ramil Usubovu fərqləndirən cəhətlərdən biri həm də onun öz peşəsinə sədaqəti olub.
Bu gün torpaqlarımızın azadlığı, Ermənistanın təcavüzünün aradan qaldırılması, ölkəmizdə əmin-amanlıq yaradılması, sabit inkişafın təmin edilməsi üçün Ramil Usubov kimi bir insana ehtiyac vardı.
Siz Ramil Usubovu Təhlükəsizlik Şurasının katibi təyin etməklə ölkəmizdə əmin-amanlığın möhkəmləndirilməsi, sabit inkişafın təmin edilməsi yolunda hamının ürəyincə olan uğurlu addım atdınız!
Arzu edirik ümidlərimiz reallığa çevrilsin!
Ramil Usubova Sizin rəhbərliyinizlə böyük uğurlar arzulayıram!
Arzu edirəm Ramil Usubov dövlətimizə və Sizə sədaqətlə xidmət edən insanların qiymətləndirilməsi istiqamətində də böyük işlər görsün!
Bu gün Azərbaycanın dövlət strukturlarında, elmdə, təhsildə və s. yüksək və adi vəzifələrə yolları bağlanan, layiqlərin layiqi olan insanlar, mütəxəssislər və alimlər var.
Dövlətimizə və Sizə ləyaqətlə xidmət edən insanların qiymətləndirilməsi Sizin tərəfdarlarınızın, Sizi sevənlərin artmasına, Dövlətimiz uğrunda ürəklə çalışan insanların artmasına, hamının dövlətimizi və sizi sevməsinə stimul yaradacaq.
Dovlətə və Prezidentə xidmət edən insanların qiymətləndirilməsi, onların layiq olduqları vəzifələrə təyin edilməsi, onlara yüksək titulların verilməsi dövlət quruluşundan asılı olmayaraq bütün dövlətlərdə adi və mühüm normalardan biridir. 
Dövlətimizə və Sizə sədaqətlə xidmət edən insanların qiymətləndirilməməsi, onların gördükləri işləri görməməzliyə vurmaq olduqca pis nümunələr yaratmaqla Dövlətimizin Təhlükəsizliyinə potensial təhlükə yaradır.
Layiqli və təşəbbüskar insanların, dövlətimizə və Sizə ləyaqətlə xidmət edən insanların qiymətləndirilməsi Azərbaycan Respublikasının Təhlükəsizliyinə, dövlətimizin inkişafına, ölkəmizdə sabitliyə və əmin-amanlığa, 
torpaqlarımızın işğaldan azad edilməsinə töhfələr verəcək.
Prof.Dr. Qüdrət İsaqov




Baxış sayı: 1 056


Bölməyə aid digər xəbərlər