ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşlə bağlı bəyanat yayıb
Tarix: 21-06-2019 09:21 | Bölmə: Siyasət

                     

ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında məsləhətləşmələr keçiriblər.
Trend-in ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumatına görə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini vəzifəsini icra edən Filipp Rikeri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların gedişi barədə məlumatlandırılıb. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də bu görüşlərdə iştirak edib.
Həmsədrlər tərəfləri substantiv danışıqlara yardım edən sülh mühitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görmək, həmçinin atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə bağlılıqlarını təsdiq etməyi çağırıblar.
XİN rəhbərləri, həmçinin yaxın vaxtlarda həmsədrlərin vasitəçiliyi ilə növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.


Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər