Bütün xəbərlər
Kliçkodan Saakaşviliyə şok təklif: Partiyamın sədri ol!
Tarix: 05-06-2019 23:28 | Bölmə: Siyasət

                


UDAR partiyasının lideri, Kiyev meri Vitali Kliçko Odessanın keçmiş qubernatoru Mixail Saakaşviliyə partiyasının rəhbəri olaraq Ali Radaya keçirilən növbədənkənar seçkilərdə iştirak etməyi təklif edib.
Sozcu.az xəbər verir ki, Kliçko bu təklifi özünün video-müraciətində səsləndirib.
“Seçkilərdə siyasi qüvvələrin manesi ilə bağlı Mixail Saakaşvilinin müraciətini dinlədim. Bu səbəbdən mən çiynimi yükün altına qoymağa hazıram”, – Kliçko bildirib.
Mer əlavə edib ki, belə ittifaq ölkədəki inkişaf səylərini iki qatına çıxara bilər:
“UDAR növbədənkənar parlament seçkilərinə gedir. Partnyorlara seçkilərə birgə getməyi təklif edirəm. Mən UDAR-ın lideri olaraq qalacağam. Saakaşviliyə də partiyanın sədri olmağı təklif edirəm”.


Baxış sayı: 603


Bölməyə aid digər xəbərlər