Bütün xəbərlər
ERMƏNİSTANIN BAŞ NAZİRİ NİKOL PAŞİNYANA -VƏKİL RÖVŞƏN QASIMOV
Tarix: 04-06-2019 14:19 | Bölmə: Siyasət

Sizin ağılsız , erməni xalqına mənafeyinə zidd siyasətiniz və davam etdirdiyiniz siyasi xəttiniz erməni tərəfinin minlərlə gəncinin məhf olmasına səbəb olacaq..
A.S.Qriboyedov Rus imperatoruna məktubunda yazırdı: "Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı ermənilərin səpələndiyi coğrafi termin olub güclü dövlətlərin-assuriyalıların, midiyalıların, iranlıların, yunanların, monqalların, rusların.Öz mübahisələrini həll etdikləri yer olmuşdur.Mən onlarla (ermənilərlə) heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir." ,
Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. Sovet hakimiyyəti dövründə 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kv.km ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bununla da bu ərazidə Sizin və Sizin kimi erməni xalqının mənafeyini xarici himəyədarlara satan separatçılıq meyllərinin əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XVIII əsrdən İrandan və digər yaxın şərq ölkələrindən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlaraına yiyələnmək iddası dayanır."Moskovskiy komsomolets" qəzeti. 29.01.1994. "Neft sindromu" məqaləsindən qeyd edilirdi ki , Dağlıq Qarabağdakı konflikt yaxşı planlaşdırılmış, əvvəlcədən hazırlanmış həyata keçirilməsi Ermənistanın kommunist rəhbərlərinin üzərlərinə düşən aksiyadır… "Qarabağ hərəkatı"nın liderləri millətin öz müqəddəratını təyin etməsi prinsipini hipertrofiyaya uğradaraq elə bir həddə çatdırmışdır ki, ondan sonra separatizm başlayır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin başında duran bəşəriyyətə qarşı cinayət törədən şəxslərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır. Sovet İttifaqı rəhbərliyində təmsil olunan və milliyətmilik faşizim ideyalarınıa arxalanan milliyətcə erməni olan , Ermənistan SSR-in faşist təxayüllü rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün fəaliyyətə başladılar.
1987-89-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı məhzi faşist milliyətçi ideyalrına söykənən şəxslərin təsiri və təzyiqi ilə ermənilər tərəfindən öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb.
20 fevral 1988-ci ildə DQMV-nin Xalq Deputatları Sovetinin iclasında anti türk , anti azərbaycan fikrlərə söykənən faşist təxayüllü vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər. Bundan sonra 22 fevral 1988-ci ildə Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular. Məhz bu iki gəncin ölmü ilə bu gündə davam edən münaqişənin əsası qoyuldu. 1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Sovetində olan erməni xalqına xəyanət mövqeyi tutan , xarici qüvvələr tərəfindən bilavasitə idarə olunun faşist təxəyüllü deputatların iştirakı ilə keçirilən iclasında Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Buna baxmayaraq milliyətçi erməni diasporunun və o zaman SSR rəhbərliyində təmsil olunan ermənilərin təzyiqinə baxmayaraq 10 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında” qərar qəbul etmişdir. Qərarda Ermənistan SSR ilə Dağlıq Qarabağın Azərbaycan SSR-in razılığı olmadan yenidən birləşdirilməsinin qeyri-qanuni olması bildirilmişdir. Faşist düşüncəli ermənilərin bu hərəkətinə cavab olaraq 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi haqqında” Qanun qəbul etdi. 
1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı. Yəni erməniləri tarix boyu müstəqil dövlətləri olmayan , Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət quran bir millətciyin xarici havadarları olmadan Azərbaycana qarşı hər hansı bir hərbi əməliyyata başlaması cürətində olması qeyri mümkün idi.
1992-ci ilin fevral ayında erməniləri dəstəkləyən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilmişdir. Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi yaxud əsir düşməsi ilə nəticələnmiş, şəhər yerlə-yeksan edilmişdir.Rusiyanın 366-cı motoatıcı alayının yardımı olmadan ermənilər Xocalının ətrafına belə yaxınlaşa bilməzdi.
1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edilmişdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri ,xarici qüvvələrin dıstıyi ilə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər.
30 aprel 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul etdi.
29 iyul 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul etdi.
14 oktyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası ATƏM-in Minsk qrupunun nizama salmaya dair vaxt cədvəlinə uyğun olaraq, dərhal qarşılıqlı və zəruri addımlar atılmasını, o cümlədən ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874 saylı qətnamə qəbul etdi.
11 noyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası 884 saylı qətnamə qəbul etdi. Qətnamə Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləmiş, Zəngilan rayonu və Horadiz qəsəbəsindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edir.
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.
1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.
Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri və Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavanq monastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağarası və Xocalıda Tunc və Dəmir dövrünə aid kurqanlar daxildir.
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavırə (ATƏM) çərçivəsində başlamışdır. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı.
12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olundu. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olundu. Budapeşt sammiti ATƏM-in fəaliyyətdə olan sədrinə silahlı münaqişənin dayandırılması üçün siyasi razılaşmanın əldə olunması məqsədilə danışıqlar aparmaq tapşırığı verdi. Sözügedən siyasi razılaşma münaqişənin nəticələrini aradan qaldırmalı və Minsk konfransının çağırılmasına imkan verməli idi.
23 mart 1995-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri Minsk prosesinin həmsədrlərinə mandat verdi. 2-3 dekabr 1996-cı il tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə etdi, lakin Ermənistan bu prinsipləri qəbul etmədi və ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət oldu.
Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi və Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin bir dəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə ümid bəsləyir.
Bir çox beynəlxalq təşkilat münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı çoxsaylı sənədlər qəbul etmişdir.
BMT Baş Assambleyanın 2008-ci il martın 14-də qəbul etdiyi qətnamə münaqişənin hüquqi, siyasi və humanitar aspektlərini əhatə edir və həlli prinsiplərini yenidən təsdiqləyir. Bu prinsiplər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma yurdlarına qayıtmaq hüququnu, hər iki icmanın Azərbaycanın tərkibində muxtar idarəetmə formasına malik ərazidə birgəyaşayış şərtlərinin təmin edilməsini və ərazilərin işğalı nəticəsində yaradılmış vəziyyətin qeyri-qanuniliyini vurğulayır.
Münaqişə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də dəfələrlə müzakirə edilib. Təşkilat beynəlxalq hüququn prinsip və normalarını rəhbər tutaraq, Azərbaycanın hərbi təcavüzə məruz qaldığını elan edib. Hələ 1993-cü ildə təşkilatın xarici işlər nazirlərinin Pakistanın Karaçi şəhərində keçirilən 21-ci iclasında qəbul edilən qətnamə Azərbaycana qarşı erməni təcavüzünü qınayır, erməni qoşunlarının işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılmasını tələb edir, Ermənistanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və münaqişənin dövlətlərin ərazi bütövlüyünə, sərhədləri toxunulmazlığına əsaslanan sülh yolu ilə, ədalətli həllinə çağırır. Növbəti qətnamələrdə təşkilat BMT Təhlükəsizlik Şurasını münaqişənin siyasi həlli prosesində fəal iştirak etməyə, qəbul olunmuş dörd qətnamənin icrasını tam təmin etməyə və Azərbaycan Respublikasına qarşı təcavüz aktının mövcudluğunu tanımağa çağırır.
2016-cı ildə İƏT-in İstanbulda keçirilən sammitində İƏT çərçivəsində “Ermənistan Respublikasının Azərbaycana təcavüzünə dair Təmas Qrupu” yaradılıb. Təmas Qrupunun tərkibinə 7 ölkə daxildir: Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Mərakeş, Cibuti, Qambiya.
Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına, tərəflərin ərazi bütövlüyünə, beynəlxalq sərhədlərinə hörmət göstərilməsinə və heç bir beynəlxalq legitimliyi olmayan, güc yolu ilə yaradılmış vəziyyətdən imtina edilməsinə çağırır. 2017-ci il noyabrın 24-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitində qəbul edilən birgə bəyannamədə Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməklə bu məsələdə qərarlı olduğunu nümayiş etdirib.
2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələrindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından tamamilə azad olunub. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları əsasında böyük bərpa və quruculuq işləri görülmüş, kənddə normal həyat bərpa olunmuşdur.Ermənistan siyasi və hərbi təxribatlarını 2017-ci ildə də davam etdirib. Ermənistan hərbi hissələri ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutub. Nəticədə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2 mülki şəxs qətlə yetirilmiş, bir nəfər isə ağır yaralanmışdır.
Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olur, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu qorumağa çalışır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaq”. Azərbaycan Respublikasının Prezidentinin dediyi bu sözləri 10 milyonluq Azərbaycan Respublikasının vətəndaşları müdafiə edir.Sizin bu gün tutuduğunuz sərsəm mövqeyiniz bu münaqişənin həllinə mae olmaqla yanaşı , mənsub olduğunuz erməniləri fəlakətə aparır. Sizləri bu hakimiyyətə gətirən şəxslərin mənafeyinə müdafiə edən siyasətiniz mənsub olduğunuz erməni xalqını fəlakətə aparır. Sizin tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisinə “dağlıq qarabağ xalqı” deyə müraciət etməniz sərsəmlədən başqa bir şey deyildir.ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təqdim olunan və hal-hazırda müzakirədə olan bütün sənədlərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Müxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. Ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə Mən Sizə sənədləri oxumağı, xüsusilə münaqişənin həlli ilə əlaqədar savadlılığını artırmağı tövsiyə edirəm. Bu kimi bu kimi provokativ və ziddiyyətli açıqlamalarla çıxış edərək vəziyyətin gərginləşdirilməsinə və danışıqlar prosesinin pozulmasına görə məsuliyyət Ermənistan baş nazirinin kimi Sizin üzərinizə düşür.
2019 -cu ilin mayın ayının 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində erməni tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub. Məhz Sizin bu günə kimi Dağlıq Qarabağda törədilmiş törədilmiş qətllərdə əliniz olduğu kimi bu xain əməldə də bilvasitə iştirakınız var. 
Siz Yerəvan Dövlət Universitetinin tələbələri ilə görüşündə demisiniz ki, Ermənistan xalqı nə vaxt ki Qarabağ münaqişəsinin həlli yolunu dəqiq tapsa, o zaman digər formullar asanlıqla yerinə yetiriləcək. daha sonra demisiniz ki , bu gün erməni xalqı baş nazirinə demədi ki, al bu sənin kağızın, onu əzbərlə, danışıqlara gir və məsələni bu yolla həll elə ,Qarabağ münaqişəsinin həlli ilə bağlı öz görüşləri var, ancaq bu məsələdə erməni xalqının rəyi də vacibdir. Siz bu zamanda məsuliyyətdən yayınmaq , baş verəcək bütün hadisələr görə məsuliyyəti ermənilərin boynuna qoymağa cəhd etmisiniz.
Qarabağın qaytarılmasından imtina etmək və Azərbaycan ərazilərinin dərinliyinə hücum etməyə hazır olmaq barədə sizin dətək verdiniz ermənilərin rəsmi şəxslərinin sərsəm son bəyanatları beynəlxalq birliyin tənqidlərinə səbəb olub və Minsk Qrupunun həmsədrləri xüsusi bəyanatla çıxış ediblər. Sizin bu gün tutduğunuz mövqe erməni xalqının mənafeyinə zidd olmaqla bu xalqı uçuruma aparır. Belə davam etsəniz bu uçrumdam erməniləri kimsə xilas edə bilməyəcək. Siz erməni xalqının mənafeyinə xidmət edən siyasi xəttə keçmək vaxtını gəldiyini anlamadıqca , sizi hakimiyyətə gətirən xarici qüvvələrin dediklərinə əməl etməklə erməniləri qayıdılası mümkün olmayan yola aparırsınız. Siz bunu çox aydın anlayırsınız , ancaq verdiyiniz sözlər ki , var həmin sölərdən imtinanızın sizi məhf edəcəyindən qorxursunuz. Əgər siz öz xalqınıza qarşı zərrə qədər müsbət hissiniz olsa idi , erməniləri uçurumdam qurtarmaq naminə özünüzü qurban vermək gücündə olardınız. Müxtəlif güclərin qucağında yer axtarmaq əvəzinə , mənsub olduğunuz xalqın ürəyində yer axtarın. Aleksandr Düma (Fransız yazıçısı və səyyah): demişdir ki , «ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər.» Heç olmasa ermənilər üzərindən bu deyimi silməyə çalışın.
Azərbaycanın hərbi qüdrətinin ermənistanı bir neçə saat ərzində yer üzündən silə biləcək gücə malik olmasını açıq aşkar hərbi ekspertləriniz və digər ölkəkələrin hərbi ekspertləri açıqcasına etiraf edirlər. Nə qədər gec deyil sağlam düşüncəniz ilə BMT QƏTNAMƏLƏRİNƏ UYĞUN HƏRƏKƏT EDİN , ETMƏSƏNİZ AZƏRBAYCAN BU QƏTNAMƏLƏRİN VERDİYİ BEYNƏLXAQL HÜQUQUNDAN İSTİFADƏ EDİB ÖZ ƏRAZİ BÜTÖVLÜYÜNÜ HƏLL EDƏCƏK VƏ AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNDƏ YAŞAMAQ İSTƏYƏN HƏR BİR ERMƏNİN İNSAN HÜQUQ VƏ AZADLIĞI HƏM AZƏRBAYCAN DÖVLƏTİ TƏRƏFİNDƏN , HƏMDƏ AZƏRBAYCAN XALQI TƏRƏFİNDƏN TƏMİN EDİLƏCƏKDİR.
Azərbaycanda yaşayan milliyətindən aslı olmayaraq bütün vətəndaşların insan hüquqlarının və azadlıqlarının qorunması Azərbaycan Respublikası Prezidenti İLHAM ƏLİYEVİN siyasi iradəsinin təcəssümüdür.
VƏKİL RÖVŞƏN QASIMOV




Baxış sayı: 2 380


Bölməyə aid digər xəbərlər