Bütün xəbərlər
Zərif: Makedoniyalı İsgəndər, Çingiz xan kimi Tramp da İranı məhv edə bilməyəcək
Tarix: 20-05-2019 19:05 | Bölmə: Siyasət

               

Makedoniyalı İsgəndər, Çingiz xan və başqalarının İranı məhv edə bilmədikləri kimi, ABŞ prezidenti Donald Tramp da buna nail ola bilməyəcək.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter" səhifəsində yazıb.
M.C.Zərif əlavə edib ki, iqtisadi terror “İranın sonuna” səbəb olmayacaq:
"Heç vaxt bir iranlını hədələməyin. Hörmətlə yanaşın, bu metod effektivdir".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində bildirmişdi ki, İran müharibə istəyirsə, bu rəsmən onların sonu olacaq:
"Heç vaxt ABŞ-ı hədələməyin".


Baxış sayı: 537


Bölməyə aid digər xəbərlər