Bütün xəbərlər
Ərdoğan HDP-çilərə qəzəbləndi və parlamenti tərk etdi
Tarix: 23-04-2019 23:53 | Bölmə: Siyasət

               



TBMM-də rəsmi qəbul keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstiqlal marşını oxumayan HDP-çi deputatlara qəzəblənib.
Axar.az xəbər verir ki, HDP həmsədri Pərvin Buldan çıxışına başlayan zaman Prezident TBMM-in iclas zalını tərk edib.
Parlamentin salonunda jurnalistin “Tez gedirsiniz?” sualına dövlət başçısı belə cavab verib:
“Necə getməyək? İstiqlal marşını parlamentdə oxumayanları dinləyək? Mənim məhmədciklərimi şəhid edənləri dinləyək? Onlarla qol-qola gəzənləri, çiyin-çiyinə olanları dinləyək? Əgər sizlər də buna normal yanaşırsınıza, deyəcək sözüm yoxdur artıq... Amma mənim nə vicdanım, nə xarakterim, nə də bu torpaq altında yatan şəhidlərin ruhu bu münasibəti qəbul edər. Ona görə də onları dinləyə bilmərəm”.


Baxış sayı: 543


Bölməyə aid digər xəbərlər