Bütün xəbərlər
Nazarbayev "Nur Otan" Partiyasının qurultayında göz yaşlarını saxlaya bilməyib - VİDEO
Tarix: 23-04-2019 12:05 | Bölmə: Siyasət

                                  Nursultan Nazarbayev: Üç ildən çoxdur istefaya hazırlaşırdım

Qazaxıstanın ilk Prezidenti, "Nur Otan" Partiyasının sədri Nursultan Nazarbayev partiya qurultayında üç ildən çoxdur istefaya hazırlaşdığını bildirib.
"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, Nazarbayev ölkəyə rəhbərlik etdiyi 30 illik müddətdə ölkə üçün etdiklərinə görə özünü xoşbəxt insan adlandırıb.
Yekun nitqindən və partiya üzvlərinin Kasım-Jomart Tokayevin prezidentliyə namizəd olmasına səs verməsindən sonra Nursultan Nazarbayev kövrəlib. O hətta "Ölkəm mənim" mahnısı səslənərkən göz yaşlarını saxlaya bilməyib.
                                 


Baxış sayı: 580


Bölməyə aid digər xəbərlər