Bütün xəbərlər
Səfir: "ABŞ və Azərbaycan xalqları arasında təmasları daha da artırmaq niyyətindəyik"
Tarix: 11-04-2019 19:28 | Bölmə: Siyasət

                                


“ABŞ ilə Azərbaycan arasında bir sıra sahələrdə artıq yaxın olan münasibətləri daha da inkişaf etdirmək niyyətindəyəm”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer bildirib.
“Əməkdaşlığımız üçün bütün sahələr mühümdür. Hərçənd humanitar, mədəni mübadilə məsələsini xüsusi qeyd etmək istərdim. Ölkələrimiz, xalqlarımız arasındakı təmasları bundan sonra da artırmaq niyyətindəyəm”, - diplomat deyib.


Baxış sayı: 514


Bölməyə aid digər xəbərlər