Bütün xəbərlər
Putin tərcüməçiyə “quldur” dedi
Tarix: 10-04-2019 13:28 | Bölmə: Siyasət

                         Putin tərcüməçiyə “quldur” dedi

Rusiya prezidenti Vladimir Putin İsveçin baş naziri Stefan Leven ilə görüş zamanı dediklərini təhrif edən tərcüməçini quldur adlandırıb.
RİA Novosti xəbər verir ki, Putin Rusiya ilə İsveçin iqtisadi əlaqələrindən danışarkən isveçli sahibkarlara “dostlar” deyə müraciət edib, tərcüməçi isə bu ifadəni “tərəfdaş” kimi tərcümə edib. 
Dövlət başçısı dərhal müdaxilə edərək ,“mən dostlar dedim, o isə tərəfdaşlar kimi tərcümə etdi. Quldur”,- deyə reaksiya verib.
AZİA.Az


Baxış sayı: 494


Bölməyə aid digər xəbərlər