Bütün xəbərlər
Binyamin Netanyahu Knessetə keçirilən seçkilərdə qalib gəldiyini bəyan edib
Tarix: 10-04-2019 00:37 | Bölmə: Siyasət

                              


Baş nazir Binyamin Netanyahu rəhbərlik etdiyi “Likud” partiyasının Knessetə keçirilən seçkilərdə qalib gəlməsi barədə açıqlama yayıb.
"Report" xəbər verir ki, Binyamin Netanyahu "Twitter" sosial şəbəkəsindəki açıqlamasında yazıb: " “Likud” partiyası başda olmaqla Sağ blok aşkar qələbə qazanıb. Mən, etimada görə İsrail vətəndaşlarına təşəkkür edirəm. Bu gün axşam bizim tərəfdaşlarla hökuməti yaratmağa başlayacağam"
Lakin parlament seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrinə əsaasən İsrail Ordusunun sabiq Baş qərargah rəisi Beni Hans və sabiq jurnalist Yair Lapidin rəhbərlik etdiyi “Kahol-Lavan” mərkəzçi bloku Knessetdə daha çox yer qazanıb. 


Baxış sayı: 480


Bölməyə aid digər xəbərlər