Bütün xəbərlər
Paşinyanla erməni diasporu arasında ixtilaf yarandı
Tarix: 26-01-2019 20:22 | Bölmə: Siyasət

                



Ermənistanın baş naziri Nikol Paşinyanın Diaspor Nazirliyinin ləğv olunması qərarı erməni diasporunun etirazına səbəb olub.
Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu qərara etiraz əlaməti olaraq, İrəvanda və dünyanın müxtəlif ölkələrindəki erməni diaspor təşkilatlarının etiraz mitinqləri keçirilib.
Argentina, Livan və ABŞ-dakı erməni diasporu təşkilatları tərəfindən təşkil olunan etiraz aksiyalarında baş nazirin qərarı ilə bağlı ciddi narahatlıq ifadə edilib. Livan erməni diasporunun rəhbəri Şahan Kandaharyan bildirib ki, yeni hökumətin xarici ölkələrdəki ermənilərlə məsləhətləşmədən bu cür qərar qəbul etməsi düzgün deyil. Kilikiya katolikosu I Aram və erməni jurnalistlər də bu məsələ ilə əlaqədar Paşinyana etiraz məktubu göndəriblər. Erməni mənşəli fransız tarixçisi Maksim Qauin də yeni baş nazirin diasporla bağlı qərarının anlaşılmaz olduğunu bildirib. O əlavə edib ki, diaspor təmsilçiləri Ermənistan parlamentində deputat yerlərindən məhrum olublar və yaşadıqları ölkələrdə də çətin vəziyyətlə qarşılaşırlar.
Vəziyyətin gərginləşdiyini görən Paşinyan bəyan edib ki, bu məsələ haqqında yanlış anlaşılma var. “Diaspor Nazirliyini istəmədiyimiz barədə cəmiyyətdə yanlış fikir yaradılıb. Əksinə, biz xaricdəki erməni diaspor təşkilatları ilə əlaqələri daha da möhkəmləndirmək istəyirik. Əsas məsələ, bu işləri təcrübəli və düşüncəli adamlarla görməkdir”, - deyə baş nazir əlavə edib.
Erməni diaspor təşkilatlarının təzyiqindən sonra Paşinyan bu məsələ üzrə onlarla məsləhətləşmə aparacağını bəyan edib.


Baxış sayı: 583


Bölməyə aid digər xəbərlər