Bütün xəbərlər
Ruhani: ABŞ-ın planını zərərsizləşdirəcəyik
Tarix: 23-01-2019 16:09 | Bölmə: Siyasət

                

"İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 4 layihəsini təsdiqləməklə ABŞ-ın maliyyə və bank üzrə planı zərərsizləşdiriləcək".
Trend-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.
H.Ruhaninin sözlərinə görə, sanksiyalar İranda heç bir fərd, qurum və ya dövlət orqanına qarşı deyil, sadəcə İran xalqına təzyiqlə nəticələnəcək.
Prezident əlavə edib ki, Qərb neft, neftin ixracı və satışı, bank məsələlərində İrana təzyiq göstərir:
“Neftin satılması ilə əlaqədar müxtəlif yolları və istiqamətləri izləyirik. Fəxrlə ABŞ sanksiyalarından yayınacağıq”.
Qeyd edək ki, dünyada qanunsuz yollarla əldə edilmiş çirkli pulların yuyulmasına, maliyyə fırıldaqçılığına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparan FATF İrana maliyyə qanunlarında islahatlar aparması üçün vaxt vermişdi.


Baxış sayı: 524


Bölməyə aid digər xəbərlər