Bütün xəbərlər
“Səsim də, dizim də, ruhum da titrəyirdi o anlarda” - Rəşad Mahmudov- VİDEO
Tarix: 10-05-2020 23:00 | Bölmə: Siyasət
                   

2007-cu ildən etibarən hər il Heydər Əliyevin doğum günü ərəfəsində bölgələrdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə humanitar aksiya -açıq ürək əməliyyatlatları keçirilib.
Modern.az xəbər verir ki, ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudovun rəhbərliyi ilə həyata keçirilən bu əməliyyatlar zamanı yüzlərlə insan şəfa tapıb.
Millət vəkili Rəşad Mahmudov öz feysbuk səhifəsində 11 il əvvəl bu gün bir çıxışı paylaşaraq öz hisslərini belə ifadə edib:
"2009-cu il 11 il əvvəl bu gün…Saatlar eyni, dəqiqələr fərqli!..
Bu kadrları seyr etdikcə fərq etdim ki, hiss və həyəcanım dəyişməmiş bu gün də... Nitqimin ilk anlarında səsimdə duyulan titrəklik sonadək dizlərimdə duyuldu. Niyə?
İlk dəfə idi ki, Mehriban xanımla görüşürdüm…ilk dəfə idi ki, Prezidentimə səslənirdim… Ulu öndərin adını daşıyan fondun ilk mükafatına layiq görüldüyüm anları yaşayırdım ilk dəfə!.. Və mən səhiyyəçilər adından ilk dəfə idi ki, çıxış edirdim…O anları unutmaq olarmı? Səsim də, dizim də, ruhum da titrəyirdi o anlarda…
…Bir gün əvvəl Qazaxda humanitar aksiya çərçivəsində uşaqlar üzərində əməliyyatlar apararkən zəng gəldi. “Bakıya gəl!” dedilər. Səbəbini bilmirdim... amma bu gün… Bu gün bilirəm və anlayıram bu məsuliyyəti!..
Və əslində, bu gün bütün səhiyyə işçiləri anlayır bu məsuliyyəti:

VƏTƏNƏ NAMUSLA XİDMƏT!
SƏNƏTƏ VƏ MİLLƏTƏ LƏYAQƏT!
XALQIN, VƏTƏNDAŞIMIZIN SAĞLAMLIĞI KEŞİYİNDƏ DURMAQ!
GÖRDÜYÜMÜZ İŞƏ İNANMAQ VƏ İNANDIRMAQ!
ULU ÖNDƏRİMİZİN AZƏRBAYCANÇILIQ MİRASINA SƏDAQƏT!..
Və…
Unudulmaz “QIZIL ÇİNAR”lara layiq olmaq əzmimizi və əməyimizi ortaya qoymaq, müstəqil və əbədi AZƏRBAYCAN sevgisiylə çalışmaq!!!".

               


Baxış sayı: 424


Bölməyə aid digər xəbərlər