Bütün xəbərlər
"“Molotov kokteyli” Azərbaycanlı alim ixtira edib"
Tarix: 09-05-2020 15:03 | Bölmə: Siyasət

                  "“Molotov kokteyli” Azərbaycanlı alim ixtira edib"

“Azərbaycan elminin nümayəndələri də bizim ümumi qələbəmizə sanballı töhfə veriblər".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yaxın günlərdə nəşr ediləcək “Milli müdafiə” jurnalının may buraxılışına verdiyi müsahibəsində deyib.
“Bunu bilən azdır, amma böyük Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan “Molotov kokteyli” adı ilə məşhurlaşmış yandırıcı qarışıq ixtira etmişdi.
Azərbaycanda formalaşdırılmış 416-cı Qırmızı Bayraqlı Taqanroq diviziyası Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçib. Böyük Vətən müharibəsi cəbhələrində ləyaqətlə döyüşən, Azərbaycanın bayrağını uca tutan, xalqımıza xas olan vətənpərvərlik, cəsarət, doğma torpağın müdafiəsində dönməzlik kimi ən yaxşı keyfiyyətləri nümayiş etdirən bu diviziyanın döyüşçülərinin igidliyi və şücaəti ilə ölkəmizdə fəxr edirlər."


Baxış sayı: 422


Bölməyə aid digər xəbərlər