Bütün xəbərlər
Adil Əliyev: "Hər kəsi evdə qalmağa və üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə çağırıram"
Tarix: 03-04-2020 20:23 | Bölmə: Siyasət
Bu gün bütün dünya ciddi şəkildə sınaqdan keçir, belə ki, koronavirus (COVID-19) infeksiyası bütün dünyada sürətli şəkildə yayılır. Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi statistikaya baxsaq xəstəliyin yaratdığı fəsadlar kifayət qədər ciddidir.
Sabaha-inamla.Az bildirir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Adil Əliyev sosial şəşəkədə səsləndirib. O, xalqı Prezidentimizin, Birinci Vitse-Prezidentimizin göstərişlərinə və Nazirlər Kabineti yanında operativ qərargahın tələblərinə ciddi şəkildə riayət etməyə çağırıb: "Cənab Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar nəticəsində virusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində bütün dövlət orqanları tərəfindən ciddi şəkildə iş aparılır. Bu işdə əziyyət çəkən hər kəsə, xüsusilə də həkimlərimizə, polislərimizə minnətdarıq.
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva ən ali ad olan ana adını əsas tutub xalqımıza müraciət edərək, bildirdi ki, özümüzü, ailələrimizi, yaxınlarımızı bu xəstəliyə düçar olmaqdan qorumalıyıq.
Bildirirəm ki, biz xalq olaraq bu xəstəliyin öhdəsindən gəlməliyik, hər kəsi Prezidentimizin, Birinci Vitse-Prezidentimizin göstərişlərinə və Nazirlər Kabineti yanında operativ qərargahın tələblərinə ciddi şəkildə riayət etməyə, evdə qalmağa və xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə çağırıram.
Cənab Prezidentin dediyi kimi “Biz birlikdə güclüyük!”.
Sabaha-inamla.Az


Baxış sayı: 455


Bölməyə aid digər xəbərlər