Bütün xəbərlər
Prezidentdən türkiyəli deputatla bağlı sərəncam
Tarix: 01-04-2020 20:02 | Bölmə: Siyasət

                 Prezidentdən türkiyəli deputatla bağlı sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Şamil Ayrımla bağlı sərəncam imzalayıb. 
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Şamil Ayrım “Dostluq” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Şamil Ayrım Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir. 


Baxış sayı: 385


Bölməyə aid digər xəbərlər