Bütün xəbərlər
Ərdoğan şəhid İbrahim Vəliyevdən danışdı - Video
Tarix: 25-02-2020 20:18 | Bölmə: Siyasət

                Ərdoğan şəhid İbrahim Vəliyevdən danışdı

"Dağlıq Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir". 
"Qafqazinfo" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında çıxışı zamanı deyib.
Ərdoğan çıxışında Xocalı soyqırımından danışıb, bu faciəni törədənləri lənətləyib. Türkiyənin dövlət başçısı çıxışında fevralın 24-də Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısını alarkən şəhid olan İbrahim Vəliyevə görə Azərbaycan xalqına başsağlığı verib.
                   


Baxış sayı: 494


Bölməyə aid digər xəbərlər