Bütün xəbərlər
MSK daha 5 məntəqəni ləğv etdi
Tarix: 20-02-2020 19:06 | Bölmə: Siyasət

                 MSK daha 5 məntəqəni ləğv etdi                 

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 57 saylı Kürdəmir seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. 
“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü İlkin Şahbazov məlumat verib. Namizəd Qəribov Rəşad şikayətində səsvermə prosesində  sayımda pozuntuların olduğunu qeyd edib. Namizəd şikayətə 18 protokol təqdim edib. 
MSK-nın araşdırması zamanı məlum olub ki, 5 seçki məntəqəsində pozuntu var. 
Beləliklə, MSK qərara alıb ki, 7,18,20,27,33 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilsin.
Qeyd edək ki, həmin dairədə lider namizəd Əminə Ağazadədir.
Xatırladaq ki, Rəşad Qəribov sabiq deputat Fərhad Qəribovun oğludur.


Baxış sayı: 556


Bölməyə aid digər xəbərlər