Bütün xəbərlər
Kəmaləddin Qafarovun dairəsi ilə bağlı qərar verildi
Tarix: 18-02-2020 19:07 | Bölmə: Siyasət

                   Kəmaləddin Qafarovun dairəsi ilə bağlı qərar verildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 9 saylı Binəqədi seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. 
“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib. İclasda namizədlər Qasımov Elnur, Elşad Musayev, Günel Səfərovanın müraciətlərinə baxılıb. Bildirilib ki, namizədlər tərəfindən araşdırmaya 2 ədəd fləşka əlavə edilib. Araşdırma zamanı məlum olub ki, həmin dairədə seçki pozuntuları aşkar edilməyib. Seçki qanunvericiliyinin tələbləri pozulmaqla müşahidə aparılıb. 
Bundan əlavə, 31 və 35 saylı məntəqədə seçki qanunvericiliyinin tələblərinin pozulduğu aşkar olunub. MSK qərara alıb ki, 31 və 35 saylı məntəqələrdə seçkilərin nəticəsi etibarsız hesab edilsin.
Qeyd edək ki, sözügedən dairənin lider namizədi Kəmaləddin Qafarovdur.


Baxış sayı: 507


Bölməyə aid digər xəbərlər