Bütün xəbərlər
Pirallahı seçiciləri səsvermədə fəal iştirak edirlər
Tarix: 23-12-2019 14:17 | Bölmə: Siyasət
Ölkəmizin bütün bölgələrində olduğu kimi Pirallahı rayonunda da bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə prosesi uğurla davam edir. Səhər saatlarından etibarən 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə Pirallahı rayonunda olan 10 daimi seçki məntəqəsinə səsvermə başlayan andan vətəndaş axını davam edir. Səs verənlərin fəallığı ilə bağlı məntəqələrdə seçki posesini müşahidə edən Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov məlumat verdi ki, insanlar seçkidə fəal iştirak edir: «Səhər saat 8:00-dan başlayaraq məntəqələrdə qeydiyyatda olan seçicilər bələdiyyə namizədlərinə səs verirlər. Rayon sakinləri xoş əhvalla səsvermədə iştirak edir, bu saatadək heç bir qanun pozuntusu baş verməyib».
Sabaha-inamla.Az





Baxış sayı: 524


Bölməyə aid digər xəbərlər