00:06 / 12-11-2019
TƏBRİK EDİRİK!
Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov : Qrant gəmiricilərinin " payız hesabatı " iflasa uğradı
Tarix: 21-10-2019 10:16 | Bölmə: Siyasət


      Bəzi destruktiv qüvvələrin 19 oktyabr icazəsiz mitinqi növbəti dəfə uğursuzluqla nəticələndi və bu reallıq artıq uzun illərdir ki, Əli Kərimlini müşayiət etməkdədir. İstər AXCP sədri kimi buradakı siyasətbazlar, istərsə də onların xarici ölkədəki havadarları bu cür "fəallaşmaqla" Azərbaycan dövlətinin milli maraqlarına qarşı açıq-aşkar düşmənçilik mövqeyi sərgilədiklərini nümayiş etdirirlər. Sağlam düşüncəli ictimai rəy isə  bu qaragüruhçuların sözlərinə, fikirlərinə ümumiyyətlə əhəmiyyət vermir, çünki onların məqsədləri heç də Azərbaycanın dövlətçilik məsələlərinə, xalqın maraqlarına yönəlməyib. Bu radikallar birbaşa əvvəlcədən hazırlamış olduqları ssenari üzrə hərəkət edərək kiçik bir qısametrajlı film çəkərək bu film üzərindən gələn qonararlarla bir müddət " oliqarx" kimi yaşamaq niyyətinə düşmüşdülər. Filmin ssenari müəllifi və quruluşçu rejissoru isə məzlumlar " kralı " Əli Kərimli idi. Lakin dünənki iflasdan sonra vətəninə, xalqına xəyanət yolunu tutan Kərimlinin sosial bazanın böyüklüyündən, xalqın onlara dəstəyindən danışmağa yenə də üzü vardırmı?  Siyasi meydandan uzaqlaşmasının zamanı çoxdan çatsa da, cəsarətsizlik bu ünsürün etirafının vaxtını  uzadır. Amma unudur ki,  ictimai fikri yayındırmaq, xarici himayədarlarından pul qoparmaq üçün küçələrə çıxmaq ənənəsinə sadiqliyi onun  köməyinə gəlmək gücündə deyil. Ən azından dünənki iflas bir daha bu məxluqun sosial bazasının hansı səviyyəsizlikdə olmasını nümayiş etdirdi.
           Belə aksiyalara xaricdən aldığı qrantlar naminə rəvac verən, millətə faydalı, konstruktiv heç nə təklif edə bilməyən, sosial dayaqlarını çoxdan itirən adı olub, özü mövcud olmuyan partiya sədrini nə dövlətçiliyimiz maraqlandırır, nə də son illər beynəlxalq aləmdə atılmış uğurlu addımlarımız. Xarici havadarlarının sifarişlərini yerinə yetirməyə çalışan bu “ şüvən lider” yalnız bir xəbis niyyətin marağındadır: dağıdıcılıq, sabitliyin pozulması yolu ilə antiazərbaycan dairələrin yardımından istifadə edərək qeyri-konstitusion yolla hakimiyyəti ələ keçirmək. Şübhəsiz, xalqın iradəsi ilə bu niyyətdə olanların arzusu hər zaman gözlərində qalacaq. Başqa sözlə desək, zaman artıq küçə müxalifətinin hökmünü verməkdə, onlara yerini göstərməkdədir. Cəmiyyətimizdə dağıdıcı, eləcə də öz ambisiyalarına müxtəlif don geyindirənlərə yer yoxdur və olmayacaq. Çünki xalq qanuni yolla seçdiyi iqtidarına sadiqdir və onun siyasətini dəstəkləyir. Bir sözlə, artıq xalq kimin kim olduğunu yaxşı bilir. Ona görə də Azərbaycan ictimaiyyəti radikal müxalifətin milli maraqlara zidd mövqeyini və təxribatçı hərəkətlərini qınayır, ciddi etiraz və narazılıqla qarşılayır.


Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər