Bütün xəbərlər
Moldovalı diplomat deputat Hayk Vartanyanı belə pərt etdi - VİDEO
Tarix: 16-10-2019 10:15 | Bölmə: Siyasət


KONKRET.az “Accent tv” yə istinadən xəbər verir ki, xarici siyasət və Avropa inteqrasiyası üzrə parlament komissiyasının iclasında Moldovanın Avropa Birliyindəki missiyası, habelə Türkiyə də daxil olmaqla bir neçə səfirin təyin olunması ilə bağlı dinləmələr keçirilib.
İclasda Moldovadakı erməni icmasının rəhbəri, parlamentin deputatı Hayk Vartanyan bu ölkənin Türkiyədəki səfiri postuna namizəd Dmitri Kroytora təxribatçı sual ünvanlayıb və istədiyi cavabı almadığına görə pərt vəziyyətə düşüb. Erməni deputat sualının əvvəlində vurğulayıb ki, Türkiyə tərəfindən Suriyada aparılan hərbi əməliyyatlar ciddi narahatlıqlar doğurur. Hayk Vartanyan deyib ki, Türkiyə ilə AB arasındakı fikir ayrılığının əsas məqamlarından biri Türkiyə hökumətinin erməni soyqırımını rədd etməsidir.
Dmitri Kroytor isə bildirib ki, Türkiyə böyük regional oyunçudur. Ona görə də bu ölkə Avropa Birliyinə rədd cavabı verərək vəziyyəti nəzərə alıb və hərbi əməliyyatlarla bölgədəki mövqeyini gücləndirir.
                       
“Gec-tez Moldova parlamentində erməni soyqırımını tanımaq üçün qanunverici təşəbbüs təqdim ediləcək və Moldova Rusiya Federasiyası kimi bu tarixi həqiqəti artıq tanımaqla Avropa Birliyinə üzv olan bir sıra ölkələrin sırasına qatılacaq. Ancaq bu, türk hökuməti tərəfindən ciddi mənfi reaksiyaya səbəb olacaq. Bu təşəbbüsə münasibətiniz necədir və belə bir reaksiyaya hazırsınızmı?”, – deyə millət vəkili Hayk Vartanyan Moldovanın Türkiyədəki səfiri vəzifəsinə namizəddən soruşub.
“Mənə hipotetik şeylərdən danışmaq çətindir. Moldova Parlamentində belə bir qərar verildiyi zaman öz fikrimi ifadə edə bilərəm”, deyə Dmitri Kroytor bildirib və sualdan yayınıb.
Qeyd edək ki, belə bir təşəbbüs ilk dəfədir ki, Moldova Parlamentinin divarları arasında və məhz erməni deputat tərəfindən səsləndirilib.
Erməni deputatın sual verdiyi hissəsinin videosunu təqdim edirik:


Baxış sayı: 586


Bölməyə aid digər xəbərlər