Bütün xəbərlər
Yeni Azərbaycan Partiyası Pirallahı Sukanal ərazi ilk partiya təşkilatında gənclərlə görüş keçirildi
Tarix: 10-10-2019 02:04 | Bölmə: Siyasət

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ilk partiya təşkilatlarında görüşləri davam etdirir. Növbəti görüş 8 oktyabr 2019-cu il tarixində Pirallahı rayon Sukanal idarəsində keçirildi. 
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov öz çıxışında bildirdi ki, gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı yeni və müstəqil Azərbaycan dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir. Bu gün Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafeyinin qorunması kimi müqəddəs amallar dayanır. Yeni Azərbaycan Partiyasıümummilli lider Heydər Əliyev ideyalarının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvənc yeridir. Gənclərin mütləq əksəriyyəti ulu öndər ideyaları ətrafında sıx birləşərək sadiqlik nümayiş etdirir. Onlar hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun həyata keçirdiyi siyasəti dəstəkləyirlər.
HikmətŞikarov həmçinin bildirdi ki, gənclərimiz  vətənpərvər olmalı, Vətənə qarşı çıxanlarla barışmaz mübarizə aparmağı bacarmalıdılar. Bu mübarizə meydanlarından ən önəmlisi sosial şəbəkələrdir. Bu imkanlardan istifadə olunaraq cəmiyyətdə qarşılıq yaratmaq istəyənlər var. Onların arxasında bəzi xarici dairələr dayanır. Həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur. Xaricdəki mühacir azərbaycanlılar  ölkədə aparılan islahatlara, inkişafa, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər. 
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr müavini, Pirallahı rayon Sukanal idarəsi ilk partiya  təşkilatınıın sədri Əli Kərimovölkəmizin siyasi həyatında mühüm yer tutan Bələdiyyə seçkilərindən danışdı. Bütün partiya üzvlərini seçkilərə hazırlıq mərhələlərində və seçki prosesində fəal olmağa çağırdı.Bildirdi ki, Bələdiyyə seçkiləri ilə əlaqədar ölkədə siyasi canlanma müşahidə olunur. O, Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək bu seçkilərdə də uğur qazanılacağını əminliklə ifadə etdi.
İclasda çıxış edən YAP Pirallahı rayon təşkilatı GB-nin sədri Rüfət Əhmədov  yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.  Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən natiq ölkəmizin inkişafında, müasirləşməsində və yeniləşməsində onların rolunun əvəzsiz olduğunu vurğuladı.
Tədbirin sonunda əlaqələndirici koordinator seçildi və bu görüşlərin digər ilk partiya təşkilatlarındada keçirilməsi qərara alındı.
Sabaha-inamla.Az






Baxış sayı: 661


Bölməyə aid digər xəbərlər