Bütün xəbərlər
YAP Gənclər Birliyi Ofisinin koordinatoru Günel Məmmədova : "Başınız sağ olsun antimilli şura"
Tarix: 09-10-2019 12:47 | Bölmə: Siyasət
"Adı "piket", özü isə icazəsiz mitinq olan "şou" əslində müxalifətin özünün dediyi kimi güc nümayişi yox, müxalifət liderlərinin acizliyinin nümayişi oldu"
   
  Tarixin bizə bəxş etdiyi qara miraslar milli və dövlətçilik maraqlarına qarşı çıxaraq növbəti dəfə riyakarlığa əl atmaqla, yenidən özlərini gündəmə gətirmək istədilər. Antiazərbaycançı qüvvələrin sifarişi ilə yaradılan qondarma “Milli şura” kimi “təşkilatlar”ın fəaliyyətlərinin hər bir epizoduna Azərbaycan cəmiyyəti yaxşı bələddir. Radikalların dünənki piketi bir daha göstərdi ki, bu ünsürlər yalnız dil pəhlivanları kimi çıxış edə bilərlər. Reallığa gəlincə isə 25 ildir ki meydana adam yığa bilməyənlər bu gün bir piketə heç 50 nəfəri toplaya bilmədilər. Əvvəllər də olduğu kimi özünü müxalifət adlandıran o radikal dəstənin üzvləri piketdən sui-istifadə edərək pozuculuq meyllərinə əl atdılar və ərazidə yaşayan insanların rahatsızlığına səbəb oldular. Qabaqcadan nəzərdə tutulmamış şüarların səsləndirilməsi və Azərbaycan polisinə qarşı təxribat xarakterli çağırışlar göstərdi ki, bu dəstənin fikri onlara verilmiş imkandan sui-istifadə edərək ölkədə, paytaxtda qarşılıqlıq yaratmaq və insanların, vətəndaşların istirahət, yaşam hüquqlarını pozmaq və bununla da öz çirkin məqsədlərini reallaşdırmaq idi.
Adı "piket", özü isə icazəsiz mitinq olan "şou" əslində müxalifətin özünün dediyi kimi güc nümayişi yox, müxalifət liderlərinin acizliyinin nümayişi oldu. Hansı ki, illərdir özünü Azərbaycan müxalifətinin həm anası, həm də atası elan etmiş Əli Kərimli 3-5 nəfər qadını qabağa verib, onların siyasi şüvənliyi hesabına həm maddi, həm də siyasi divident qazanmağa çalışaraq qeybə çəkilmişdi, digəri isəodla-su arasında qalmış, Kərimlinin siyasi kuklası rolunda çıxıs edən nimdaşlaşmış Cəmil Həsənli  okeanın o biri tayında canlı yayımlara baxıb yaranmış qarışıqlığa görə yəqin ki, fərəh hissi keçirirdi. Bu yerdə isə Kim Çinə əməlli başdı rəhmət oxumaq, bizim antimilli şuranın ipiqırıq üzvlərinə isə başınız sağ olsun demək qalır.         
      Bir daha aydın oldu ki, iyirmi ildən artıqdır şüarlarını və siyasi taktikalarını dəyişməyi bacarmayan şəxslərin həlledici siyasi liderə çevrilmək şansları, ümumiyyətlə, yoxdur. Hamıya yaxşı məlumdur ki, dağıdıcı müxalifətdə təmsil olunan partiya və digər birliklər bu illər ərzində Bakıda aksiya, piket, mitinq və digər toplantılar keçiriblər. Radikalların bəlası ondadır ki, hər belə nümayişlər zamanı onlar özlərini daha çox biabır edirlər. Əgər özlərini “ana müxalifət” adlandıran bir neçə “lider”in arxasınca 40 nəfər gəlirsə o halda bunun nəyi ana müxalifətdir?! Heç buna “bala müxalifət” də demək olmaz. Onlar aksiyalarını sözlərini demək üçün yox, yalnız ciblərini doldurmaq və onlara verilmiş tapşırığı icra etmək üçün keçirirlər. Bu mitinq-şoulara gələnlər də ya Əli Kərimlinin və digərlərinin şirnikləndirilmiş qohum-əqrabası, ya da əslində nə üçün gəldiklərini anlamayan insanlar olur. Kərimliyə bu yerdə sual vermək lazımdır ki , 10 milyondan çox əhalisi olan bir ölkədə 49 adamla biabırçı piket keçirdikdən sonra yenə də yüz minlərlə tərəfdaşımız var deməyə diliniz gəlirmi?  
    
Beləliklə bu "siyasi qurumlar" növbəti dəfə uçurum astanasında olduqlarını, xarici ağaları qarşısında müti qul kimi əsdiklərini öz fəaliyyətləri ilə sübuta yetirmiş oldular. 25 ildir ki, çənələrinə güc verirlər ki, bəlkə bu dəfə nəsə alındı amma hər dəfəsində də kor – peşman geri qayıtmalı olurlar.Bu isə o deməkdir ki, müxalifət düşərgəsi belə ağır fəlakətlərlə hələ çox üzləşəcək. Ona görə də növbəti dəfə hansısa bir aksiya keçirmək üçün məkan seçərkən alternativ variant kimi Bakı Dövlət Sirkini seçsinlər, bəlkə oradakı performansları onların daha başqa ölkələrə qastrola getmələrinə səbəb ola bilər, nə də olsa “Nikulinin Qızıl Sirki” belə bunların göstərdikləri performansın yanında yalan olur.


Baxış sayı: 672


Bölməyə aid digər xəbərlər