03:37 / 18-10-2019
TƏBRİK EDİRİK!
Ərdoğan: "ABŞ hərbçiləri Suriya-Türkiyə sərhədindən çıxır"
Tarix: 07-10-2019 12:27 | Bölmə: Siyasət

                                      

“ABŞ prezidenti Donald Tramp hərbçilərin Suriya-Türkiyə sərhədindən çıxması əmrini çoxdan versə də bunun icrasına dünən (oktyabrın 6-da –red.) başlanılıb”.
“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada keçiriləcək anti-terror əməliyyatı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
O, xatırladıb ki, oktyabrın 6-da D.Trampla telefonla danışıb: “Axşamkı telefon danışığımızdan sonra geri çəkilmə başlamışdı. Bu təzə bir hadisə deyil, əksinə gecikmiş bir işdir. Cənab Donald Tramp bölgədən çıxmaqla bağlı əmr vermişdi. Ancaq bunun icrasını gecikdirirdilər. Qəbul etdiymiz bir qərar var. Qətiyyətimiz davam edir. Lazım olan təlimatı vermişik. Terror qruplaşmalarının hədələrini qəbul etməyimiz mümkün deyil”.
R.T.Ərdoğanın sözlərinə görə, İŞİD-lə bağlı bəzi rəqəmlər qabardılır: “Bu istiqamətdə hansı addımları atacaqlarını özləri bilər. İŞİD-ə nəzarəti əlimizdən çıxarmalıyıq deyirlər. Onlar İŞİD-çiləri həbsxanadan azad etməyin yollarını fikirləşirlər. Bir gün bölgəyə heç kimə xəbər vermədən anidən daxil ola bilərik. Bunu telefon danışığında Donald Trampa da dedim”.
Türkiyə prezidenti bildirib ki, noyabrın əvvəlində ABŞ-a səfər edəcək. 


Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər