Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ilk partiya təşkilatı sədrlərinin müşavirəsi keçirildi
Tarix: 04-10-2019 20:51 | Bölmə: Siyasət
4 oktyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ilk partiya təşkilatı sədrlərinin müşavirəsi keçirildi. Müşavirədə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura, İdarə Heyətinin üzvləri, ilk partiya təşkilatının sədrləri və partiya fəalları iştirak etdilər.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov açaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu ideyalarının mükəmməl daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının müasir müstəqil Azərbaycan tarixində bugünkü yeri və rolundan danışıb. Vurğulayıb ki, partiyamız Heydər Əliyev ideyalarına əsaslanır, Heydər Əliyevdə əks olunan mənəvi gücü cəmiyyətimizə transfer edir. Ümumiyyətlə, partiyamız uğurlar partiyasıdır və ötən 26 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.
Daha sonra Hikmət Şikarov cari ilin dekabr ayında ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək partiyamızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırdı. YAP Pirallahı rayon təşkilatının inzibati binasında seçki qərargahının yaradıldığını və bu işlərdə ilk partiya təşkilatlarının səfərbər olunmasının vacibliyini bildirdi. Seçki məntəqələrində məşvərətçi və müşahidəçilərin seçilməsi istiqamətində işlərə başlanıldığını qeyd etdi. Namizədlərin müəyyən olunmasında partiya sıralarında xüsusi fəallıq göstərən gənclərə üstünlük veriləcəyini vurğuladı.
          Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsləhətçisi, sosial şəbəkələrlə işin əlaqələndiricisi Vüqar Nəsirov bildirdi ki, bu gün sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edilir. Müxalifətin əsas məqsədi cəmiyyətdə qarışıqlıq yaratmaq, Azərbaycandakı sabitliyi pozmaqdır. Təbii ki, onların arxasında bəzi xarici dairələr dayanır. Həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur. Biz partiya fəallarının üzərinə düşən vəzifə isə bu cür anti-milli ünsürlərlə sosial şəbəkələrdə mübarizə aparmaqdır.
          İclasın sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim olundu.
Sabaha-inamla.Az





Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər