Bütün xəbərlər
YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin şura iclası keçirilib
Tarix: 24-09-2019 15:50 | Bölmə: Siyasət
Sentyabrın 24-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin Şura iclası keçirildi.
Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Gənclər Birliyinin sədri Rüfət Əhmədov və Gənclər Birliyinin şura üzvləri iştirak etdilər. İclasda Gənclər Birliyinin Fəaliyyət Planı və gənclərin sosial şəbəkələrdə fəallığının artırılması ilə bağlı bir sıra məsələlər geniş müzakirə olundu.

İclası giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, ulu öndər Heydər Əliyev sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Bu məqsədlə müstəqil Azərbaycanda gənclər siyasətini həyata keçirmək üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratmışdır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Təşkilatın Gənclər Birliyinin sədri Rüfət Əhmədovbildirdi ki, heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Doğma partiyamızda da hər zaman gənclərə xüsusi diqqət, qayğı göstərilmiş onların əməkləri yüksək qiymətləndirilmişdir. Yeni Azərbaycan Partiyası hər zaman  öz fəaliyyətində üzvlərinin rəy və təkliflərini nəzərə alır və demokratik idarəçilik prinsiplərini layiqincə tətbiq edir. Bu baxımdan, gənclərin düşüncə və ideyaları hər zaman diqqət mərkəzində saxlanılır.  Gənclərin irəli sürdüyü layihələr mütəmadi olaraq öyrənilir, milli maraqlara uyğun olan və dövrümüzlə uzlaşan kreativ fikirlər praktikada uğurla reallaşdırılır. Natiq tədbirdəmüasir dövrümüzdə sosial şəbəkələrin vacibliyindən, onların ictimaiyyətə, cəmiyyətə və gənclərə təsirlərindən söz açdı.
          Gənclər Birliyinin şura üzvləri Məmmədov Aqşin, Bünyadov Mehdi, Mahmudov Tosif, Mirzəyev Vilayət çıxış edərək bildirdilər ki, bundan sonra da partiya həyatında daha da fəal iştirak edəcəklər. Həmçinin gənclərin fəallığı ilə bağlı öz təkliflərini irəli sürdülər.
İclasın sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ideoloji sahədə fəaliyyətin gücləndirilməsi, sosial şəbəkələrdə aktivliyin artırılması üçün tövsiyyə və tapşırıqlarını verdi.
Sabaha-inamla.Az





Baxış sayı: 713


Bölməyə aid digər xəbərlər