Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Tarix: 14-09-2019 11:10 | Bölmə: Siyasət

                     

ABŞ Prezidenti Donald Tramp Misirin lideri Abdəl Fəttah əs-Sisini özünün "sevimli diktatoru" adlandırıb.
Sabaha-inamla.Az-ın Trend-ə istinadən məlumatına görə, o, bunu Fransada keçirilən "G7" iclasının fasilələri zamanı deyib.
Misir Prezidenti ilə görüşə hazırlaşarkən D.Tramp yüksək səslə "Mənim sevimli diktatorum haradadır" - deyə, soruşub. Həmin vaxt onun yanında həm ABŞ, həm də misirli məmurların olduğu deyilir.
Şahidlər amerikalı liderin bu fikri zarafatla səsləndirdiyini qeyd edirlər. Əs-Sisinin bunu eşidib-eşitməməsi barədə isə bir məlumat yoxdur.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər