Bütün xəbərlər
Bakıda İndoneziyanın Müstəqillik günü qeyd olunub
Tarix: 10-09-2019 02:42 | Bölmə: Reportaj


   
   Bakıda -"Elektra Event Hall"da İndoneziyanın müstəqilliyinin 74-cü ildönümünə həsr edilmiş möhtəşəm tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İnam Kərimov və bir sıra ictimai xadimlər iştirak edib.
Müstəqillik günü münasibətilə tədbirdə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fənani bildirib ki, son 20 il ərzində ümumdaxili məhsulun artımı bu ölkəni dünya iqtisadiyyatının elitaları arasında yerəşdirib.
                                
O bildirib ki, Azərbaycan və İndoneziya arasındaki qarşılıqlı səfərlər iqtisadi, mədəni və xalqlararsı münasibətləri daha da gücləndirir. Səfir iki ölkənin parlamentləri arasında yaxın əlaqələri xüsusilə vurğulayıb.
Tədbirdə həmçinin Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov da çıxış edib.
Nazir son 27 il ərzində iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edib.
Nazir həmçinin İki ölkənin turizm potensialının güclü olduğunu və bu sahədə əməkdaşlığın zəruriliyini vurğulayıb.
Kamran Orucov
Sabaha-inamla.Az
Fotolar Etibar Əliyevindir







Baxış sayı: 884


Bölməyə aid digər xəbərlər