Bütün xəbərlər
Süleyman Mikayılov abad məhəllənin açılışında - Foto
Tarix: 09-09-2019 18:57 | Bölmə: Reportaj


                Süleyman Mikayılov abad məhəllənin açılışında

Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsinin Ə.Məmmədov küçəsində yeni salınmış abad məhəllənin açılışında iştirak edib.
Qurumdan "Qafqazinfo"ya verilən məlumata görə, yeni salınmış abad məhəllə orada yerləşən beşmərtəbəli, altıbloklu binada yaşayan 60 ailənin istifadəsinə verilib.
Aparılmış abadlıq işləri çərçivəsində binanın giriş qəfəsləri təmir edilib, boyanma və işıqlandırma sistemi çəkilib, 6 ədəd dəmir qəfəs qapıları quraşdırılıb, dəmir barmaqlıqlar rənglənib. Salınmış abad məhəllədə 2000 kv metr sahəyə qazon döşənib, 400 kub münbit torpaq daşınıb. Binanın ətrafına 5500 kvadrat metr asvalt örtüyü vurulub. 1500 metr uzunluğunda asfalt üstü üfüqi xətlər çəkilib.
Ümumilikdə görülmüş abadlıq işləri çərçivəsində bu ərazidə 300 kvadrat tamet, 800 kvadrat aqlay daşları döşənib, 1500 metr səki daşı quraşdırılıb, 6000 kvadrat metr boyaq işi görülüb. Abad məhəlləyə yaxın ərazilərdə fərdi yaşayış evlərinin divarları suvanıb və boya ilə rənglənib.
Salınmış abad məhəllədə 5 kölgəlik , 6 oturacaq , uşaq sürüşkəni ,uşaq yelləncəyi və tərəzisi, uşaqlar üçün turniklər quraşdırılıb.
Binanın ətrafında 300 Eldar şamı, 100 aleandra, müxtəlif bəzək ağacları əkilib. Salınmış yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi üçün su xətləri çəkilib.






Baxış sayı: 589


Bölməyə aid digər xəbərlər