22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Qənirə Paşayeva Qovlar qəsəbəsinin problemləri ilə maraqlanıb
Tarix: 03-09-2019 15:08 | Bölmə: Reportaj
                     

Deputat Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə  görüşüb, qayğıları ilə maraqlanıb, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.
Modern.az xəbər verir ki, deputat onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva sakinləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib. Qənirə Paşayeva bir sıra fiziki imkanları məhdud insanları, xəstələri də ziyarət edib, qayğıları ilə maraqlanıb.  Sakinlərlə görüşdə  bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı söhbətlər, müzakirələr aparılıb.
Deputat Q.Paşayeva cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə, o cümlədən Tovuzda aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb və Prezident İ.Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan layihələr, işlər barədə də ətraflı məlumatlar verib və bildirib ki, həyata keçirilən və nəzərdə tutulan işlər tezliklə öz müsbət təsirini verəcək. Deputat tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, qanun, qaydalar və imkanlar çərçivəsində həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.
Deputat Q.Paşayeva sakinlərin bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib. Qənirə Paşayeva sakinləri narahat edən məsələləri dinləyərək onları yerli və müvafiq mərkəzi qurumlarla onları müzakirə edəcəyinə və həllinə   çalışacağına deyib. Sakinlər ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, sakinləri maraqlandıran bir sıra sualları da cavablandırıb.


Baxış sayı: 509


Bölməyə aid digər xəbərlər